Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:58

«Belə addım söz azadlığı hüququnu pozmaq deməkdir»


ABŞ Konqresinin Nümayəndələr Palatasının xarici münasibətlər komissiyasının sədri Hovard Berman

ABŞ Konqresinin Nümayəndələr Palatasının xarici münasibətlər komissiyasının sədri Hovard Berman

«Azad media azadlığa qiymət verən bütün cəmiyyətlər üçün dəyərlidir. «Azadlıq» radiosu, «Amerikanın səsi» və BBC Azərbaycan dinləyicilərini informasiyaya sərbəst çıxış və müxtəlif fikirlərlə təmin etmək üçün efirdə olmalıdır». ABŞ Konqresinin Nümayəndələr Palatasının xarici münasibətlər komissiyasının sədri Hovard Berman bu fikirdədir.
Amerika rəsmisi Azərbaycan hökumətinin xarici radiolarla bağlı qərarına münasibət bildirərkən deyib ki, dinləyiciləri bu radiolardan məhrum etmək söz azadlığı hüququnu pozmaq deməkdir. Bütün dünyanın gözü önündə demokratiyaya dair öhdəliyin yerinə yetirilməməsidir.

Hovard Berman Azərbaycan hökumətini çağırıb ki, xarici radioların yayımını məhdudlaşdırmaqla bağlı qərarını ləğv etsin.

Milli Teleradio Şurası qərar verib ki, yanvarın 1-dən üç xarici radionun – «Azadlıq», «Amerikasını səsi» və BBC-nin FM tezliyində yayımı dayandırılsın.

Günün bütün mövzuları

XS
SM
MD
LG