Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:04

«Hər şeydən əvvəl Azərbaycan xalqına görə məyus oluram»


Azad Avropa/Azadlıq radiolarının prezidenti Cefri Gedmin

Azad Avropa/Azadlıq radiolarının prezidenti Cefri Gedmin

Azad Avropa/Azadlıq radiolarının prezidenti Cefri Gedmin Milli Televiziya və Radio Şurasının (MTRŞ) qərarından məyus olub. O, Azərbaycan xalqının vacib informasiya almaq imkanından məhrum olunduğunu deyir:

«Məncə, bu, çox məyusedicidir, həm də hər şeydən əvvəl Azərbaycan xalqına görə məyus oluram. Biz Azərbaycanda müstəqil, etibarlı və dəqiq xəbər, informasiya mənbəyi kimi tanınırdıq. Bizi və o biri xarici radioları - BBC və «Amerikanın səsi»ni yerli tezliklərdən çıxarmaqla onlar xalqı vacib informasiya almaq imkanından məhrum etdilər. Həyat yolunu seçən, vətəndaş cəmiyyətini qurmağa çalışan xalqın hərəkət etməsi üçün bu informasiyaya ehtiyacı var».
MTRŞ-ın dekabrın 30-da çıxardığı qərara əsasən, 2009-cu ilin yanvarın 1-dən Azərbaycanda fəaliyyət göstərən xarici radioların yerli tezlikdə yayımı dayandırılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG