Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:59

Təhsil qanunu ikinci oxunuşda qəbul edildi


Azərbaycanda hazırda qüvvədə olan «Təhsil haqqında» qanun 1992-ci ildə qəbul edilib

Azərbaycanda hazırda qüvvədə olan «Təhsil haqqında» qanun 1992-ci ildə qəbul edilib

Milli Məclis dekabrın 30-da «Təhsil haqqında» qanun layihəsini ikinci oxunuşda qəbul etdi. Deputatlar ali məktəblərə qəbul məsələsi ilə bağlı iradlar bildiriblər. YAP-dan olan millət vəkili Gülər Əhmədova deyib ki, test üsulu heç də alternativsiz deyil. Onun fikrincə, qəbul zamanı orta məktəblərin də nəticələri nəzərə alınmalıdır.
Spiker Oqtay Əsədov bu fikirlə razılaşmadı və bildirdi ki, test üsulu hələlik məqbul variantdır, onun nəticələri özünü 10-15 ildən sonra göstərəcək.
Müzakirələrdən sonra parlament 104 səs lehinə, 3 səs əleyhinə olmaqla «Təhsil haqqında qanun» layihəsini ikinci oxunuşda qəbul etdi.
Azərbaycanda hazırda qüvvədə olan «Təhsil haqqında» qanun 1992-ci ildə qəbul edilib. Bu, çərçivə qanunu hesab olunur, ondan sonra təhsil sisteminin ayrı-ayrı sahələrini əhatə edən qanunların hazırlanması planlaşdırılır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG