Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:35

«Ömürlük diktatura konstitusiyası»


Xaliq Bahadır: «Onsuz da konstitusiya bizim deyildi…»
Xaliq Bahadır: «Onsuz da konstitusiya bizim deyildi…»
«Azadlıq» qəzetində köşə məqaləsində Xaliq Bahadır Azərbaycanda konstitusiya dəyişikliyi məsələsindən bəhs edib: «Onsuz da konstitusiya bizim deyil, onlarında – çoxdan özəlləşdirdikləri, ailə mülkiyyətinə çevirdikləri Azərbaycan kimi. O, konstitusiya onlar saxta MSK formalaşdırmaqla, saxta referendum keçirməklə ortaya çıxarmışdılar. İndi də ona saxta «milli» məclisdən, saxta konstitusiya məhkəməsindən, saxta referendumdan keçirməklə özlərinə «ömürlük» diktatura statusu qazandırırlar… Onlar Azərbaycana özlərinin mülkiyyətləri, Azərbaycan xalqına təhkimliləri kimi baxırlar».
«Bizim Yol»: «Yola saldığımız 2008-ci ilə bu ümidlə qədəm qoymuşduq ki, işğal altında qalan torpaqlarımız mütləq geri qaytarılacaq. İl boyunca torpağımızın bir qarışını da yağı düşməndə qoymayacağımız barədə andlar içildi, erməniyə hədə-qorxu yağdırıldı, həmsədrlər gəldilər, getdilər, müxtəlif konfranslar keçirildi, sənədlər hazırlandı, ancaq vətənimizin 20 faiz hissəsində ermənilər hələ də at oynatmaqdadır. Qaçqınlarımız yurdlarına dönmək əvəzinə, yeni salınmış qəsəbələrə üz tuturlar»-, bunu «Ölməyən ümidlər» sərlövhəli köşəsində Vurğun Əyyub yazıb.

«Yeni Müsavat»ın əməkdaşı Zahid Səfəroğlu «Avtokratiyaya meydan oxuyanlar» sərlövhəli köşəsində Gürcüstan və Azərbaycandakı siyasi vəziyyəti müqayisə edir: «Bu gün heç kim deyə bilməz ki, Saakaşvili və onun komandası hansısa şəkildə korrupsiyaya bulaşıb və ya qanunlara məhəl qoymur. Mişa haqlıdır deyəndə ki, Gürcüstan iqtisadiyyatı hazırda Avroatlantik məkanda Ən az korrupsiyalarmış iqtisadiyyatdır…»

«Yeni Azərbaycan»: «Uşaq ili» müvafiq sahədə dövlət siyasətinin həyata keçirilməsində yeni mərhələ olacaq»-, bu fikri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova belə yazır. O, bildirir: «Dövlət tərəfindən həyata keçirilən tədbirlər, aparılan uğurlu islahatlar, iqtisadi, sosial və mədəni sahədə əldə edilmiş böyük nailiyyətlər və onların ailələrinin vəziyyətinə müsbət təsir göstərir, bir çox sosial problemlərin həlli üçün etibarlı zəmin yaradır».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG