Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:02
«Azadlıq» qəzetinin satirik yazarı Mirzə Sakitin vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı vəsatəti təmin edilməyib. Bu haqda «Azadlıq» radiosuna onun vəkili İsaxan Aşurov məlumat verib. Vəkilin sözlərinə görə, dekabrın 29-da keçirilən prosesdə hakim Elşanə Əliyeva belə qərar çıxarıb.

Bu il dekabrın 19-da Mirzə Sakitin vəkili İsaxan Aşurov jurnalistin vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı məhkəməyə müraciət etmişdi. Vəkil xahişini prosessual qanunvericilikdə cəzasının böyük hissəsini çəkmiş məhbusların azad edilməsinə imkan verən normalarla əsaslandırmışdı.

İsaxan Aşurov qərardan apellyasiya şikayəti verəcəyini bildirib.

Mirzə Sakitin həbs cəzasının bitməsinə 6 aya yaxın vaxt qalıb. O, 2006-cı il iyunun 23-də qanunsuz narkotik saxlamaq və istifadə etmək ittihamı ilə həbs edilib. Elə həmin ilin oktyabrında 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG