Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 00:43

«Azərbaycanca-Gürcücə» lüğət çap olunub


İki cildlik «Azərbaycanca-Gürcücə» lüğət çap olunub. 20 min sözdən ibarət bu lüğəti Gürcüstan-Azərbaycan Humanitar Universiteti və İlya Cavaxaşvili adına Tbilisi Dövlət Universitetinin Qafqazşünaslıq İnstitutu hazırlayıb. Lüğət Gürcüstandakı Azərbaycan məktəblərinə, həmçinin bu məktəblərdə fəaliyyət göstərən gürcü dili kurslarına veriləcək.
Gürcüstanda fəaliyyət göstərən 124 Azərbaycan məktəbinin 50-də «gürcü dili» kursları açılıb. Kursların fəaliyyətini Azərbaycan Mədəniyyət Mərkəzi əlaqələndirir.

Məlumatı «Azadlıq» radiosuna Diasporla İş üzrə Dövlət Komitəsindən veriblər.
XS
SM
MD
LG