Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:40

Lənkəranda mənzil partlayıb.


Dekabrın 28-də Lənkəranda, yaşayış binasının mənzillərinin birində partlayış baş verib.

APA-nın yaydığı bu məlumata görə, partlayış yanğınla nəticələnib. Mənzildə yaşayan 3 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq Lənkəran mərkəzi rayon xəstəxanasına yerləşdiriliblər. Yaralananlardan birinin vəziyyəti ağırdır.

Partlayışın qaz sızması nəticəsində baş verdiyi ehtimal olnur.

Faktla bağlı Lənkəran rayon Polis Şöbəsinin əməkdaşları araşdırma aparır.

Günün bütün mövzuları

XS
SM
MD
LG