Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:38

«Dedilər ki, siz kimsiniz, prezidentə qarşı çıxırsınız»


Murad Kərimov deyir ki, döyülməsinə səbəb monarxiya əleyhinə piketdə iştirakı olub
Murad Kərimov deyir ki, döyülməsinə səbəb monarxiya əleyhinə piketdə iştirakı olub
Dekabrın 26-da metronun «İnşaatçılar» stansiyası yaxınlığında hücuma məruz qalan Müsavat Partiyasının Gənclər təşkilatının üzvi Murad Kərimov 29-cu polis bölməsinə çağırılıb. Ondan baş verənlə bağlı izahat alınıb.
Murada Kərimov deyir ki, dekabrın 26-da axşam saatlarında iki naməlum şəxs tərəfindən döyülməsinə səbəb konstitusiya düzəlişlərinə etiraz əlaməti olaraq piketdə iştirak etməsi olub:

«Qabağımı kəsib dedilər ki, siz kimsiniz ki, prezidentə qarşı çıxırsınız. Təhqiramiz sözlər işlətdilər. Biri sinəmə yumruq vurdu, aşağı əyiləndə ikinci adam sol tərəfdən təpiklə məni vurub yıxdı. Yerə yıxılanda isə başladılar məni təpikləməyə, dedilər ki, bir də səni Müsavat Partiyasının qabağında görməyək».

Dekabrın 24-də Konstitusiya Məhkəməsinin dəyişikliklərə mənfi rəy verməsini tələb edən bir qrup müxalifətçi etiraz aksiyası keçirməyə cəhd edib. Lakin aksiya polis tərəfindən dağıdılıb. Bir neçə nəfər saxlansa da, sonradan sərbəst buraxılıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG