Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:30

BMT Qəzzada hərbi əməliyyatları təcili dayandırmağa çağırıb


Fələstin rəsmiləri 270-dən çox adamın öldüyünü 700-ə yaxın şəxsin yaralandığını xəbər verirlər

Fələstin rəsmiləri 270-dən çox adamın öldüyünü 700-ə yaxın şəxsin yaralandığını xəbər verirlər

BMT-nin Təhlükəsizlik Şurası Yaxın Şərqdə yaranmış vəziyyətlə bağlı təcili iclas keçirib, tərəfləri Qəzza bölməsində hərbi əməliyyatları təcili dayandırmağa çağırıb.
İsrailin hərbi hava qüvvələri Qəzza bölməsini bombalamaqda davam edir.

Fələstin rəsmiləri 270-dən çox adamın öldüyünü 700-ə yaxın şəxsin yaralandığını xəbər verirlər.

Təhlükəsizlik Şurası Qəzza sakinlərinə ərzaq, dava-dərman və yanacaq çatdırmaq üçün sərhədi açmağa çağırıb.
BMT-lə yanaşı Avropa Birliyi, Birləşmiş Ştatlar, Ərəb Liqası dövlətləri və Türkiyə Qəzzada hərbi əməliyyatları təcili dayandırmağa, tərəfləri sakitliyə çağırıblar.

İsrailin baş naziri Ehud Olmert hərbi əməliyyatların Həmasa qarşı olduğunu deyir.

İsrail Həmas qrupunu vaxtaşırı onun ərazilərini atəşə tutmaqda günahlandırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG