Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:43

«Türkdilli xalqların ilk telekanalı yaranır»


Tahir Aydınoğlu və Ülviyyə Vəliyeva

Tahir Aydınoğlu və Ülviyyə Vəliyeva

Dinlə

Gələn ilin yanvarından etibarən Türkiyədə «Türk Musiqi Birliyi» adlı televiziya kanalı fəaliyyətə başlayacaq. Bu telekanalda bütün türk dövlətlərinin musiqiləri səsləndiriləcək. Bunu «Azadlıq» radiosunun «Can Bakı» proqramının qonağı - telekanalın Azərbaycan təmsilçiliyinin rəhbəri Tahir Aydınoğlu dedi. Onun sözlərinə görə, bu telekanalı yaratmaqda məqsəd türkdilli xalqları bir araya gətirməkdir: «Türkdilli xalqların ilk telekanalı musiqi kanalı olaraq ərsəyə gəldi. Bu ideyanı bütün türkdilli ölkələr müsbət qarşıladılar. Həm ictimaiyyət, həm də dövlət səviyyəsində bizə qucaq açıldı».

«Türk Musiqi Birliyi» kanalının rəhbəri Naim Burak Elçi Türkiyədə bir neçə musiqi telekanalının yaradıcısıdır. O, bu işə böyük həvəslə başladığını dedi: «Heç bir türkdilli dövlət diqqətdən kənarda qalmayacaq. Bütün türk xalqlarının gənc sənətçilərinin kliplərini yayımlayacağıq».

Yeri gəlmişkən, bu işlə gənc bəstəkar, telekanalın Azərbaycan üzrə musiqi meneceri Ülviyyə Vəliyeva məşğul olur. Bakı Musiqi Akademiyasının məzunu olan bu xanın tanınan və tanınmaq arzusunda olan istedadlı gənclərin mahnılarını və kliplərini toplayıb, İstanbuldakı mərkəzi studiyaya göndərir: «Orada da jüri var, onlar ən səviyyəli klipləri efirə buraxacaqlar».

Musiqi kanalının xarici əlaqələr departamentinin rəhbəri Nazilə Abbaslı isə bizimlə söhbətində kliplərin bu telekanalda təmənnasız nümayiş olunacağını dedi: «Bu telekanal Beynəlxalq Yayım Şəbəkəsində olduğu üçün artıq iri reklam şirkətlərindən müraciətlər alırıq. Reklamlardan qazanacağımız pul hesabına fəaliyyət göstərəcəyik». Əlavə edək ki, türk xalqlarının musiqi telekanalı Türkiyə və Rusiyanın peyk antenaları vasitəsilə yayımlanacaq. Daha sonralar isə kabel vasitəsilə bütün Avropada izləniləcək.

Şərhləri göstər

XS
SM
MD
LG