Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 18:58

100 lehinə, 7 əleyhinə. Referendum martın 18-də keçiriləcək


Milli Məclis Konstitusiyaya dəyişikliklərlə bağlı layihənin müzakirəsi etdi

Milli Məclis Konstitusiyaya dəyişikliklərlə bağlı layihənin müzakirəsi etdi

Milli Məclis «Azərbaycan Respublikası Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında» referendum aktı layihəsini təsdiqlədi. 100 nəfər qərarın lehinə, 7 deputat əleyhinə səs verib. 1 nəfər bitərəf qalıb, 2 nəfər səs verməyib.
Konstitusiya dəyişikliyi ilə bağlı parlamentin qərar layihəsində qeyd olunur ki, referendum gələn ilin martın 18-də keçiriləcək.

Konstitusiya Məhkəməsi «Azərbaycan Respublikası Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında» referendum aktı layihəsinə dekabrın 24-də müsbət rəy verib. Layihəni məhkəməyə dekabrın 19-da Milli Məclis göndərib.

Əsas Qanuna iyirmidən çox dəyişiklik təklif olunsa da, əsas dəyişiklik bir nəfərə iki dəfədən çox prezident seçilmək haqqının verilməsi ilə bağlıdır. Təklifi hakim Yeni Azərbaycan Partiyası irəli sürüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG