Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 00:58

«Konstitusiyaya dəyişikliyin sirri»


 «Sabah hərəkətə keçsələr, müəyyən addımlar atsalar nələr olar, Allah bilir»
«Sabah hərəkətə keçsələr, müəyyən addımlar atsalar nələr olar, Allah bilir»
«Yeni Müsavat»: «İqtidar sahibləri təkcə xalqdan nigaran deyillər. Hökumətdə özünü prezident postuna layiq bilən, İlham Əliyevdən sonra ölkənin birinci şəxsi olmağa hazırlaşan bir neçə adamın olduğu çoxlarına sirr deyil. İndiyədək bu haqda mətbuatda kifayət qədər yazılıb. Özlərini potensial prezident sayan məmur-oliqarxların bir üstünlüyü də onların müqayisəyə gəlməyən pullarının, var-dövlətlərinin olmasıdır. Bir yandan da nəzarətlərində rəsmi və qeyri-rəsmi silahlı dəstələr var. Sabah hərəkətə keçsələr, müəyyən addımlar atsalar nələr olar, Allah bilir». Azər Ayxan «Konstitusiya dəyişikliyinin sirri» sərlövhəli köşə yazısında belə yazır.
«Azadlıq» qəzetinin əməkdaşı Rövşən Hacıbəyli Konstitusiya dəyişikliyi məsələsinə toxunaraq yazır: «Heç hakimiyyətin müstəqil qolunun – Konstitusiya Məhkəməsinin 9 hakimini də ittiham obyektinə çevirmək istəmirəm. Bu 9 hakimin üst-üstə 23 övladı var. Bala başı saxlamaq sizə asan gəlməsin. Valideyn bəzən övladına görə hər şeydən keçir…»

«Yeni Azərbaycan»: Milli Məclisin sədr müavini Bahar Muradova deyir ki, «Konstitusiyaya edilən əlavə və dəyişikliklər xalqın həyatına, fəaliyyətinə və inkişafına təsir edən vacib məqamlardır». Deputat qəzetə müsahibəsində bildirib: «Hərbi əməliyyatlar zamanı Milli Məclisin və Prezidentin səlahiyyət müddətinin artırılması ilə bağlı maddənin dəyişikliklər sırasında olması regionun mövcud geosiyasi durumundan irəli gəlir».

«Azərbaycan»: Prezident İlham Əliyev 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə xalqı təbrik edib. Dövlət başçısının təbrikində deyilir: «Həmrəyliyimizi daha sıx birliyə, müstəqil dövlətimizin mənafelərinin ardıcıl qorunması və beynəlxalq nüfuzunun artırılması işinə bundan sonra da öz töhfələrini verməyə çağırıram».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG