Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:11

R.İbrahimbəyov: «Bizə liberal avtoritarizm gərəkdir»


Yazıçı «Azadlıq» radiosunun «İşdən sonra» proqramına müsahibə verib
Yazıçı «Azadlıq» radiosunun «İşdən sonra» proqramına müsahibə verib
Kinodramaturq Rüstəm İbrahimbəyov deyir ki, prezident vəzifəsinə iki dəfədən çox ardıcıl seçilmək məhdudiyyətinin aradan qaldırılmasına mənfi yanaşır: «Bu, demokratik ölkə kimi Azərbaycan imicinə ziyanvericidir». Yazıçı bu fikirləri «Azadlıq» radiosunun «İşdən sonra» proqramına müsahibəsində deyib.

O, daha sonra bildirib: «Hərçənd ki, təəccüblü olsa da, mən özüm tamamilə bir şeydə əminəm: Şərqi Avropa, Baltikyanı respublikalar, Rusiya, Azərbaycan, Qazaxıstanda və s. ölkələrdə demokratiya bir qədər süni siyasi quruluşdur. Bu, istənilən halda liberal avtoritarizmlə nəticələnir. Bu xalqın özündən asılıdır. Hesab edirəm ki, ən yerinə düşən məhz elə liberal avtoritarizmdir. Bu mənada, hesab edirəm ki, Azərbaycanın hazırkı prezidenti İlham Əliyev tarixi nöqteyi-nəzərdən ölkəmiz üçün vaxtında və uğurlu olan fiqurdur. Buna baxmayaraq, prinsipdən irəli gələrək, ya bu maddəni heç daxil etmək lazım deyildi, ya da, əgər daxil edirlərsə, dərhal seçkilərdən sonra bunu etməyə lüzum yox idi».
R.İbrahimbəyov deyir ki, konstitusiya dəyişikliyi bir çox məsələləri kölgə altına salır: «Hətta Rusiyada belə, qaydalara riayət edirlər. Baxmayaraq ki, orada prezident dəyişikliyi bir növ oyundur. Amma mən oyun zamanı qaydaların dəyişilməməyinin tərəfdarıyam».

Yazıçı bir sıra qəzetlərin onun fikirlərini təhrif etdiyini deyir: «Mətbuat sözlərimi təhrif edir. Qəzetlərdən biri yazır ki, «Rüstəm İbrahimbəyov monarxiyanı rədd etdi !». Mən bu haqda söhbət etməmişəm. Sözü gedən maddənin dəyişdirilməsi o demək deyil ki, demokratiyadan monarxiyaya dərhal keçid baş verəcək. Ən azı ona görə ki, bəlkə prezident bu qaydadan heç istifadə də etmədi. Lakin, təkrarlayıram, qaydaları oyun zamanı dəyişməzlər. İndi bu dəyişikliyi etməyə dəyməz».

«İndiki vaxtı islahat dövrü adlandırsaq, ziyalılar məsələyə necə münasibət bildirməlidirlər»- sualını yazıçı belə cavablandırıb: «Mənə elə gəlir ki, ziyalı adamlar həmişə özlərini bir cürə aparmalıdırlar. İctimai problemlərə fikirlərini bildirməlidirlər. İslahat məsələ ilə yaxından tanışdırlarsa, bu haqda öz mövqelərini çatdırmalıdırlar. Amma elə ziyalılar var ki, bu cür məsələləri yaxından bilmirlər. Belə vəziyyətdə onların dedikləri mənasız çıxır».
XS
SM
MD
LG