Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:56

1918-ci ilin mart qırğını anılır


Martın 31-də Azərbaycanda 1918-ci ilin mart hadisələri – paytaxt Bakıda və bir sıra bölgələrdə azərbaycanlıların kütləvi şəkildə qırılmasının 88-ci ildönümü münasibətilə anma mərasimləri keçirildi

Prezidentin də iştirakı ilə Şəhidlər Xiyabanında keçirilən mərasimdə rəsmilərlə yanaşı, Bakıdakı diplomatik korpusun nümayəndələri də iştirak etdilər. Həmçinin sadə vətəndaşlar da Şəhidlər Xiyabanına gələrək 1918-ci ilin martında qətlə yetirilən azərbaycanlıların xatirəsini yad etdilər.

Müxalifətdə olan "Azadlıq" blokunun keçirdiyi xatirə mərasimində isə hökumətdən 88 il əvvəl Azərbaycan xalqına vurulan maddi və mənəvi zərərin Ermənistandan alınması üçün hüquqi-siyasi tədbirlər görməsini tələb edən bəyanat qəbul olunub. Milli Birlik Hərəkatının təmsilçisi Elxan Abbasov deyir ki, "Azadlıq" bloku 1918-ci ilin Bakı hadisələrinə beynəlxalq təşkilatların münasibətini də bu məsələyə ikili standartlarla yanaşma kimi qiymətləndirir.


Azərbaycan tarixçiləri 1918-ci ilin martında Azərbaycanın Bakı, Şamaxı, Quba, Naxçıvan, Zəngəzur və digər bölgələrində erməni hərbi birləşmələrinin azərbaycanlılara qarşı xüsusi amansızlıqla qətllər törətdiyi, yalnız üç gün ərzində – martın 29-dan 31-dək təkcə Bakı və Şamaxıda 30 mindən çox insanın öldürüldüyünü yazırlar.

Bir neçə il əvvəl isə Azərbaycan hökumətinin qərarı ilə hər il martın 31-i Azərbaycanlıların soyqırımı günü kimi tanınıb. ABŞ, Rusiya və azərbaycanlıların toplu şəkildə yaşadıqları başqa ölkələrdə də bu hadisələrlə bağlı anma mərasimləri keçirilib.


XS
SM
MD
LG