Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:49

Vətəndaşlar ən çox nədən şikayətçidir?


İnsan Hüquqlarına Dair Beynəlxalq Standartların təsbiti üzrə Birgə İşçi Qrupun hüquqşünasları Etibar Abdullayev və Şahin Camalov

İnsan Hüquqlarına Dair Beynəlxalq Standartların təsbiti üzrə Birgə İşçi Qrupun hüquqşünasları Etibar Abdullayev və Şahin Camalov

Dinlə

«Vətəndaşlar ən çox «Bakıelektrikşəbəkə» və yol polisindən şikayət edirlər»-, bunu «Azadlıq» radiosunun «Can Bakı» proqramına İnsan Hüquqlarına Dair Beynəlxalq Standartların təsbiti üzrə Birgə İşçi Qrupun hüquqşünası Etibar Abdullayev dedi.
Onun sözlərinə görə, hər gün Birgə İşçi Qrupuna çoxsaylı şikayətlər daxil olur. Bu şikayətləri qısa müddətdə araşdırıb, müvafiq orqanlara göndərirlər: «Ən çox şikayətlərin daxil olduğu sahə elektrik enerjisi və Bakı şəhər Dövlət Yol Polisinin işi ilə bağlıdır. Vətəndaşlar iddia edirlər ki, «Bakıelektrikşəbəkə» əsassız cərimələr tətbiq edir, yersiz olaraq elektrik enerjisinin verilməsi dayandırılır. Yol polisindən isə sürücülər şikayət edirlər. Deyirlər ki, yol polisi onları əsassız olaraq saxlayır, qanunsuz cərimələr tətbiq edir, idarə etdikləri avtomobillər evakulyatorlar vasitəsilə aparılır və s».

Birgə İşçi Qrupun üzvü və «qaynar xətt» xidmətinin rəhbəri Şahin Camalov artıq 8 aydır ki, fəaliyyət göstərdiklərini xatırlatdı: «Bu ilin aprelində Bakıda Azərbaycan və Bolqarıstandan olan 4 qeyri-hökumət təşkilatının birgə beynəlxalq konfransı keçirildi. Konfransda 29 ölkədən 70-ə yaxın beynəlxalq ekspert iştirak edirdi. Konfransda Azərbaycana insan hüquqlarına dair beynəlxalq standartları gətirmək üçün Birgə İşçi Qrupu yaratmaq ideyası formalaşdı. Bu qrupa dövlət nümayəndələri, beynəlxalq ekspertlər və yerli hüquq-müdafiəçiləri daxildir. Qrupun 35 nəfər üzvü var. Bu günə kimi bir sıra layihələr həyata keçirmişik. Azərbaycan polisinin seçkilərə hazırlığı, «qaynar xətt» və pulsuz hüquqi məsləhət xidmətini sadalaya bilərəm. Biz vətəndaşlara pozulmuş hüquqlarının bərpası istiqamətində kömək edirik».

Qeyd edək ki, Birgə İşçi Qrupu vətəndaşların şikayətləri əsasında Bakıda ekoloji vəziyyətlə bağlı monitorinq keçirib. Monitorinqin nəticələri göstərib ki, Bakıda ekologiya 60 faiz avtomobillərin sayəsində çirkləndirilir: «Bunun müxtəlif səbəbləri var: avtomobillərdə istifadə olunan yanacaqlar standartlara cavab vermir, Azərbaycana xaricdən gətirilən avtomobillər köhnədir və s. Bütün bunlar ekoloji tarazlığın pozulmasına səbəb olan amillərdir».

Şərhləri göstər

XS
SM
MD
LG