Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:23

Aksiyaya imkan verilmədi


Dekabrın 24-ü saat 12 radələrində Konstitusiya Məhkəməsi qarşısında aksiya keçirilməsinə cəhd göstərilib Foto: mediaforum.az
Dekabrın 24-ü saat 12 radələrində Konstitusiya Məhkəməsi qarşısında aksiya keçirilməsinə cəhd göstərilib Foto: mediaforum.az
Dekabrın 24-ü saat 12 radələrində Konstitusiya Məhkəməsi qarşısında aksiya keçirilməsinə cəhd göstərilib. Aksiya iştirakçıları Nizami Gəncəvinin heykəlinin yaxınlığından keçərək Konstitusiya Məhkəməsinin binasına yaxınlaşmaq istəyib. Onların əllərində «Yaşasın Respublika», «Rədd olsun monarxiya» şüarları olub.
Polis etirazçıların məhkəmənin binasına yaxınlaşmasına imkan verməyib. Plakatlar alındıqdan sonra bir neçə nəfər saxlanılıb. Saxlanılanlar arasında Müsavat partiyasının fəallarından Mustafa Hacıbəyli də olub.

Səbail rayon Polis İdarəsinin 39-cu bölməsində xəbərdarlıq edildikdən sonra saxlanılan şəxslər sərbəst buraxılıb.

Aksiyanın qətnaməsi oxunmasına imkan verilməsə də, sənəd jurnalistlərə paylanıb. Qətnamədə deyilir ki, Konstitusiya Məhkəməsi «Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında» referendum aktı layihəsinə mənfi rəy versin.

Əsas Qanuna iyirmidən çox dəyişiklik təklif olunsa da, əsas dəyişiklik bir nəfərə iki dəfədən çox prezident seçilmək haqqının verilməsi ilə bağlıdır. Konstitusiya məhkəməsinin rəyi müsbət olsa, iki aydan sonra Azərbaycanda referendum keçirilə bilər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG