Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:23

İcazə verin şəklinizi çəkim…


«İctimai yerlərdə səs yazmaq və ya şəkil çəkməyə görə icazə almağa ehtiyac yoxdur»

«İctimai yerlərdə səs yazmaq və ya şəkil çəkməyə görə icazə almağa ehtiyac yoxdur»

Kiminsə şəklini, videosunu çəkmək və ya səsini yazmaq üçün əvvəlcə ondan icazə almağın lazım olub-olmamasında demokratik ölkələrin təcrübəsi jurnalistlərin xeyrinədir. Birləşmiş Ştatlardakı Beynəlxalq Jurnalistika Mərkəzinin vitse-prezidenti Patrik Batler bildirir ki, ictimai yerlərdə birindən müsahibə alanda jurnalistlər nəinki onun razılığını istəməli, hətta, danışmaqdan imtina etdiyi halda belə, yazılışı davam etdirməlidirlər:

«İctimai yerlərdə kiminsə səsini yazmağa və ya şəklini çəkməyə görə icazə almağa ehtiyac yoxdur. Kimsə, hətta cavab vermək istəmirsə belə, biz suallarımızı təkrar edə, onların cavablarını, yaxud bizimlə danışmaqdan imtina etmələrini yaza bilərik».

Birləşmiş Ştatlardan jurnalist Riki Qrin də jurnalistin xüsusilə xəbər hazırlamaq üçün kimdənsə müsahibə alanda səs və ya video yazı üçün əvvəlcədən icazə almasına ehtiyac olmadığını deyir:

«ABŞ-da jurnalistikanın praktiki təcrübəsinə görə jurnalistin müsahibə götürdüyü adamdan əvvəlcə icazə alması lazım deyil. Bu ictimai xadimdir, yoxsa, sıravi vətəndaş fərqi yoxdur. Xususilə də əgər bu müsahibə hansısa xəbərin hazırlanması üçün lazımdırsa».

30 ilə yaxındır ki, Türkiyədə qalmaqallı sualları ilə məşhur olan jurnalist Musa Ağacıq da deyir ki, kiminsə səsini yazanda əvvəlcədən icazə almağa ehtiyac duymur. O, bildirir ki, cəmiyyətin bilmək marağını təmin etmək bəzən jurnalisti qanunsuz da olsa, hansısa çəkilişi aparmağa vadar edir:

«Diana təcrübəsi. İngiltərədə Kral ailəsinin jurnalistlərin daim diqqətindədir».

Musa Ağacıq deyir ki, hər nə qədər cəmiyyətin bilmək marağı tələb etsə və siyasi rəğbəti olmasa da bəzən siyasətçilərin də «yazma» xahişinə əməl etməli olub:

«Özalın zamanında onun jurnalistlərlə söhbətini gizli yazdım. Amma bunu bildi və dedi ki, bu qeyri-rəsmi söhbətdə yazılan səsdir, yayma. Hər nə qədər siyasi rəğbətim olmasa da onun bu istəyinə əməl etdim».

Jurnalist cəmiyyətin marağı tələb edəndə gizli yazdığından istifadə edə bilər. Amma təəssüf ki, jurnalistlərin arasında bundan pis məqsədlər üçün istifadə edənlər də var.

Həmsöhbətlərimiz deyirlər ki, kiminsə səsini yazmaq və ya görüntüsünü çəkmək üçün onun icazəsini alıb-almamaq hər nə qədər hüquqi məsələ olsa da jurnalistlər üçün daha çox etik problemdir. Əgər hər hansı məsələ, cəmiyyətin bilmək hüququna aiddirsə, yəni, hansısa ictimai-siyasi fiqurun əməlində cəmiyyətin maraqlarına toxunan hallar varsa, qanunu pozmaqla olsa da jurnalistin onu yazıb yayması etik pozuntu hesab edilmir. Cəmiyyətin bilmək marağı üstün olanda jurnalistlər həbsə atılmaları hesabına olsa da, kiminsə şəklini, videosunu çəkir və ya səsini yazırlar.

Şərhləri göstər

XS
SM
MD
LG