Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:35

Azərbaycan müstəqil radionu susdurmaqla hədələyir


Bu qərar xarici medianın əsaslı şəkildə susdurulması ola bilər

Bu qərar xarici medianın əsaslı şəkildə susdurulması ola bilər

Ekspertlər deyir ki, hakimiyyətin son zamanlar «Azadlıq» radiosu, BBC və «Amerikanın səsi»də daxil olmaqla xarici mediaların yayımını dayandırmaq hədələri ölkədə mətbuat azadlığının qarşısının alındığının daha bir sübutudur və ölkənin kursunun Vaşinqtondan kənar Rusiyanın xeyrinə dəyişdirilməsini əks etdirə bilər.

Bu payızın əvvəllərində hökumət rəsmiləri bir sıra məşhur xarici yayımçıları lisenziyasını ləğv etməklə hədələdi. Bu xəbər təşkilatları öz işlərini başqa vasitələr – veb, kabel televiziyası və peyk antenaları vasitəsilə davam etdirə bilərlər, amma radio bu balaca neftlə zəngin ölkədə müstəqil medianın kralı olaraq qalır.

Bu qərar xarici medianın əsaslı şəkildə susdurulması ola bilər – «Azadlıq» radiosunun Azərbaycan xidmətinin direktoru Kənan Kazımoğlu belə deyib: «Əgər FM dalğasını itirsək, biz auditoriyamızın 95 faizini itirərik».

Son illər xarici radioların populyarlığı olduqca yüksək həddə çatıb və hökumətin hədələri internetdə insanların etiraz kampaniyalarına səbəb olub. Hətta bir dinləyici «Azadlıq» radiosuna yazıb ki: «Atam öləndə belə kədərlənməmişdim».

Hökumət öz qərarının qanuna söykəndiyini desə də, tənqidçilər deyir ki, qərar dövlətin media üzərində nəzarətini möhkəmləndirməyə və tənqidləri susdurmağa yönəlib.

ABŞ diplomatları lisenziyanın uzadılmaması təhlükəsi ilə bağlı öz narahatlıqlarını bildiriblər, amma Azərbaycanının strateji və enerji əhəmiyyəti məsələni xeyli həssaslaşdırır, - Vaşinqton Universitetinin Beynəlxalq Tədqiqatlar proqramının direktoru Şon Roberts belə deyib: «Bu (media azadlığı) məsələyə görə Amerikanın ölkədəki digər strateji maraqlarının zəifləyəcəyini düşünmək sadəlövhlük olardı». O, əlavə edib ki, «Birləşmiş Ştatlar Bakı ilə münasibətlərdə kifayət qədər ciddi sadiqliyini artıq göstərib: Azərbaycanın nefti, İranla sərhədi var və Rusiyanın burada anti-amerika cəhdlərini dəf etmək qabiliyyətini nümayiş etdirib».

Aşkarda Birləşmiş Ştatlar rəsmiləri Azərbaycana deyiblər ki, qadağa yerinə yetirlərsə, əlaqələr ziyan çəkəcək. «Radionun fəaliyyətini davam etdirilməməsi həyəcanlandırıcı mesaj olardı»-, Dövlət Departamentinin sözçüsünün müavini Robert Vud belə deyib.

Pərdə arxasında isə yüksək ranqlı ABŞ rəsmiləri, azərbaycanlı həmkarları, o cümlədən, birbaşa prezident İlham Əliyevlə yayımçıların efirdə saxlanması üçün danışıqlar aparırlar. Xarici yayımçıların susdurulması təşəbbüsü burada fikir azadlığına qarşı son hücumdur. 2008-ci ildə ölkədə on jurnalist saxlanılıb, onların çoxu diffamasiyaya görə təqsirli biliniblər. Jurnalist və media müdafiəçisi Emin Hüseynov polislər tərəfindən saxlanılıb kəskin şəkildə döyülməsindən sonra xəstəxanaya yerləşdirilib. Hakimiyyət bu məsələnin heç tədqiqatını da aparmayıb.

Özünün azad media indeksində Sərhədsiz Reportyorlar Təşkilatı Azərbaycanı 173 ölkə arasında 150-ci yerdə yerləşdirib. Hətta liberal media siyasəti ilə tanınmayan Rusiya belə azad media indeksinə görə daha yaxşı, 143-cü yerdədir.

Əgər Azərbaycanda xarici yayımçıların lisenziyası verilməsə, bu ölkənin vətəndaşlarının senzurasız mediaya çıxışı bağlanacaq –Beynəlxalq Jurnalistlər Mərkəzindən Çarlz Rays belə deyir. Yerli və iqtidar meylli mediadan fərqli olaraq, xarici stansiyalar «ölkədəki korrupsiya və rüşvətxorluq kimi hallardan danışmaqdan qorxmurlar. Onlar olmasa, bu məsələlər heç zaman işıq üzü görməzdi»-, deyə o, bildirib.

Başqalarından fərqli olaraq xarici yayımçılar uzun tarixi yol keçiblər, 1990-cı ilin yanvarında 100-dən çox azərbaycanlı ölkələrinə müstəqillik tələb etdiklərinə görə öldürüldülər. «Azadlıq» radiosu olmasaydı, dünya bu, Sovet qoşunlarının müdaxiləsindən xəbər tutmayacaqdı»-, «Azadlıq» radiosunun Bakı bürosunun rəhbəri Xədicə İsmayılova deyir.

Bəzi ekspertlər deyir ki, bu mübahisə Rusiya ilə daha sıx əlaqələr axtarmağa çalışan məmurların da olduğu Azərbaycan hakimiyyəti daxilində mübarizənin göstəricisidir. Yayda Gürcüstanla münaqişədən sonra keçmiş sovet respublikalarının çoxu dirçələn Rusiyanın gücündən qorxurlar. Regionun liderləri Rusiya prezidenti Dmitri Medvedevin «bizim xüsusi tarixi əlaqələri böldüyümüz ölkələrdə üstün maraqlarımız var» çağırışına etiyatla yanaşırlar.

Ola bilər ki, hakim elita sadəcə hər tərəflə oynamağa çalışır. «Keçmiş sovet dövlətləri arasında beynəlxalq siyasətdə ən çox uğur qazananlar… həm Rusiya həm də Amerikanı razı salmağa çalışanlardır»-, professor Roberts deyir.

ABŞ rəsmiləri indi yeni seçilmiş administrasiyanın gəlişindən istifadə etməyə çalışırlar. Dövlət Departamenti Azərbaycanı yeni seçilmiş prezident Obamaya «pozitiv siqnal» göndərməyə çağırır.

Bunu etmək imkanı dekabrın 25-də Azərbaycan Milli Teleradio Şurası məsələ ilə bağlı qərarını açıqlayanda yarana bilər. «Azadlıq» radiosundan Xədicə İsmayılova ehtiyatlı optimistdir: «Enində-sonunda əsas məsələ bizim missiyamızdır. Biz işimizi davam etdirməyin bir yolunu tapacağıq».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG