Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:15

«Dəyişikliklər Azərbaycanın mövqeyinə təsir göstərəcək»


Sweden -- Semneby, Peter (diplomat)

Sweden -- Semneby, Peter (diplomat)

«Konstitusiyaya dəyişikliklər, xüsusilə də ölkənin necə idarə olunması ilə bağlı ən yüksək səviyyədə konsensusu təklif edən dəyişikliklər çox ciddi məsələdir və ciddi şəkildə müzakirə olunmalıdır. Bu həm də cəmiyyətdə mümkün qədər çox adamın arzusunu əks etdirməlidir. Ana qanuna dəyişikliklər həm də Azərbaycanın partnyorlarının bu ölkəni necə gördüyünə və qəbul etdiyinə təsir göstərəcək»-, bunu Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi deyib.

Bakıda keçirdiyi görüşlərə toxunan cənab Semnebi bildirib ki, danışıqlar məhsuldar olub:

«Biz müxtəlif regional təhlükəsizlik məsələlərini müzakirə etdik, Avropa Birliyinin irəli sürdüyü «Şərq Tərəfdaşlığı» məsələsini, eləcə də müzakirəsi qaçılmaz olan başqa məsələləri, məsələn Dağlıq Qarabağ problemini müzakirə etdik».

Cənab Semnebi bildirir ki, Avropa Birliyi Ermənistan, Azərbaycan və Rusiya prezidentlərinin imzaladıqları Moskva bəyannaməsindən çox həvəslənmişdi: «Son 15 ildə ilk dəfə idi ki, Ermənistan və Azərbaycanının dövlət başçıları birgə sənədə imza atırdılar. Bu sənəd həm də müəyyən prinsiplər üzrə ictimaiyyətə açıq olan öhdəliklər qoyub tərəflərin üzərinə. Biz bu deklarasiya ilə əldə edilən nailiyyəti dəstəkləyirik və bu əsasda tərəfləri səmərəli dialoqu davam etdirməyə çağırırıq».

Piter Semnebi deyir ki, Avropa Birliyi Minsk Qrupu ilə rəqabətdə deyil və onun təmsil etdiyi qurumun atacağı hər hansı addım yalnız Minsk Qrupunun işinə əlavə ola bilər:

«Amma eyni zamanda dəstək xarakterli bir çox işlər məsələn, qarşılıqlı inamın yaradılması ilə bağlı addımlarda AB dəstək ola bilər».

Günün bütün mövzuları

XS
SM
MD
LG