Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:02

2011-ci ilə Rus ordusunun 70-dən çox strateji nüvə raketi olacaq


Bunu Rusiyanın hərbi-sənaye komitəsi bildirib. Komitənin verdiyi məlumata görə ordu nüvə raketləriylə qarşıdakı 3 il ərzində təmin olunacaq. «İnterfaks» yazır ki, Rusiya hərbi sənaye komissiyasının planında 50-yə yaxın döyüş təyyarəsi, 6 casus təyyarə, 60-dan çox vertolyot, 15 hərbi gəmi, 300-ə qədər tankın da əldə olunması nəzərdə tutulur. 2009-2011-ci illəri əhatə edəcək layihəyə 4 trilyon rubl, yəni 140 milyard dollar xərclənməlidir.
XS
SM
MD
LG