Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:42

«Transformator qoymağa yer yoxdu»


T.Mustafayev: «Sulutəpədə 100 ailə ev tikib, ora transformatoru aparıb quraşdırmaq üçün yer yoxdur»

T.Mustafayev: «Sulutəpədə 100 ailə ev tikib, ora transformatoru aparıb quraşdırmaq üçün yer yoxdur»

Dinlə

«Mənim evimdə işıqlar gur yanır. Arzu edirəm ki, abonentlərimizin hamısının evində işıqlar daim belə olsun». Bunu «Can Bakı» proqramının qonağı olan «Bakıelektrikşəbəkə» QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tanrıverdi Mustafayev deyir.
Bakının qışa hazırlığından danışan T.Mustafayev dedi ki, bu il «Bakıelektrikşəbəkə» tərəfindən 3 ədəd 110 kilovatlıq yarımstansiya təhvil verilib. Qış aylarında isə Bakının elektrik enerji təchizatı iki dəfə artırılıb:

«Nəinki qış aylarında, çalışırıq ki, adi günlərdə də hər bir abonent 24 saat dayanıqlı və fasiləsiz işıqla təmin olunsun. Təkcə son 2 il ərzində 109 transformator məntəqələri inşa olunub. Bunların hamısını milli arxitektura üslubuna uyğun olaraq tikilib. Əvvəllər şəhərin mərkəzində belə üstü açıq, heç bir məntəqəsi olmayan transformatorlar görmək mümkün idi. Bu gün isə abonentlər təhlükəsiz, ən son texnoloji avadanlıqla təmin olunmuş transformator məntəqələrini görə bilərlər. Gələcəkdə Bakıda bütün ərazisində yarımstansiyalar qoşulacaq».

Tanrıverdi Mustafayev dedi ki, bu ilki qış Bakı üzrə elektrik enerji təminatında 25 faiz güc artımına nail olunub.
«Lakin Bakı ətrafı kənd və qəsəbələrdə yeni evlər tikiləndə, məhəllələr salınanda bizə müraciət etmirlər, özləri bir-birlərindən xətt çəkirlər. Məsələn, Sulutəpədə 100 ailə ev tikib, ora transformatoru aparıb quraşdırmaq üçün yer yoxdur. Evlər elə tikilib ki, kranın getməsi, dayaqların qoyulması üçün yer yoxdur. Təbii ki, belə yerlərdə lampa közərəcək. Yenə də çalışırıq ki, abonentlərin problemlərini həll edək».

T.Mustafayev deyir ki, bəzən abonentlər neçə illik problemlərini bir telefon zəngi ilə həll etmək istəyirlər. Halbuki, onlar baş idarədə fəaliyyət göstərən komissiyada problemlərini həll edə bilərlər.

Şərhləri göstər

XS
SM
MD
LG