Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:11

«Azadlıq» radiosuna minnətdaram»


«Sizi çoxlu təşkilat, yaradıcı insanlar dəstəkləyir. Mənə elə gəlir ki, siz Azərbaycanda aparıcı radio kimi qalacaqsınız»
«Sizi çoxlu təşkilat, yaradıcı insanlar dəstəkləyir. Mənə elə gəlir ki, siz Azərbaycanda aparıcı radio kimi qalacaqsınız»
Dinlə

Bunu millət vəkili, Milli Məclisin Sosial siyasət komissiyasının üzvü Elmira Axundova «Azadlıq» radiosunun «İşdən sonra» proqramına verdiyi müsahibəsində söyləyib. O, bildirib ki, indiki işindən fərqli olaraq jurnalistik fəaliyyəti daha maraqlı görünür: «Məni o vaxt «Azadlıq» radiosunun rus xidmətinə gətirən şəxslərə minnətdaram. 1993-cü ildən orada çalışdım. Həmin illəri ən məhsuldar, ən maraqlı, eyni zamanda ən çətin və məsuliyyətli illər sayıram. Mən bu illərlə fəxr edirəm. «Azadlıq» radiosuna hər an minnətdaram ki, mənə bir jurnalist kimi, bir publisist kimi çox şey verib.
Xarici radiostansiyalarla bağlı olan vəziyyəti şərh edərkən deputat deyir ki, «Azadlıq» radiosu əslində qısa dalğalardakı yayımı zamanı məşhurlaşıb: «Biz komfort şəraitdə heç vaxt işləmirdik. Qətiyyən belə fikirdə deyiləm ki, yayım ancaq qısa dalğalarda qalsa, auditoriyanız itəcək. Yox, belə olmayacaq. Mən balaca olanda, atam gecələri də yatmırdı ki, «Azadlıq» radiosuna qulaq azsın. Ona görə də, həm «Azadlıq», həm «Amerikanın səsi» radioları, həm də BBC öz dinləyicilərini saxlayacaq. Auditoriyanız dar olmayacaq. Bu vəziyyət həll olunacaq. Sizi çoxlu təşkilat, yaradıcı insanlar dəstəkləyir. Mənə elə gəlir ki, siz Azərbaycan radio məkanında aparıcı radio kimi qalacaqsınız. İnanıram buna».

Konstitusiya islahatları haqda danışan E.Axundova bildirir ki, müharibə şəraitində həmişə seçkilərə qarşı çıxıb: «Mən sərt mövqedəyəm. Hətta Heydər Əliyev sağ olanda belə mən bu fikirdə idim. Belə şəraitdə demokratiya da məhdudlaşdırılmalıdır. Amma prezidentin ardıcıl iki dəfədən artıq seçilmək təklifinə münasibətim birmənalı deyil. Bir tərəfdən iki müddətdən sonra yeni sima gələr, yeniliklər tətbiq edər. Amma digər tərəfdən, kim təminat verə bilər ki, 5 ildən sonra ortaya daha layiqli namizəd çıxar. Əsas məsələ burada «neçə dəfə» deyil, «necədir». Yəni seçkilər ədalətli keçirilməlidir».
XS
SM
MD
LG