Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:58

«Terror xəbərləri hakimiyyətin siyasətinə etirazdır»


Ekspert İlham İsmayıl bildirir ki, bütün bunları terror və ya telefon xuliqanlığı ilə bağlamaq doğru olmaz

Ekspert İlham İsmayıl bildirir ki, bütün bunları terror və ya telefon xuliqanlığı ilə bağlamaq doğru olmaz

«Azadlıq»: Son günlər Bakı metrosuna bomba qoyulması barədə anonim zənglər edilməkdədir. Ekspert İlham İsmayıl bildirir ki, bütün bunları terror və ya telefon xuliqanlığı ilə bağlamaq doğru olmaz. Onun fikrincə, bu hadisələrin kökünü ölkədəki sosial gərginlikdə axtarmaq lazımdır. «Ölkədə sosial gərginlik hökm sürür. Addımbaşı insanların sosial hüquqları pozulur. Vəziyyətin düzələcəyinə ümid edən insanlar artıq get-gedə ümidlərini itirirlər. Xüsusilə Konstitusiya dəyişikliyindən sonra insanlar çox ümidsizləşiblər. Zənnimcə bu hadisələr həmin sosial gərginliyin təzahürüdür. Kimlərsə bu üsullarla hakimiyyətin siyasətinə etirazlarını bildirirlər. Hər halda mənim gəldiyim qənaət budur ki, bu terror xəbərləri hakimiyyətin siyasətinə etirazdır. Hətta deyərdim ki, ölkədə vəziyyət ağırlaşdıqca, ümidsizləşdikcə biz real terror hadisələrinin də şahidi ola bilərik»-, deyə ekspert bildirib.

«Yeni Müsavat» yazır ki, müxalifət etiraz aksiyalarına qərar verib. «Hakimiyyətin Konstitusiyada bir şəxsin iki dəfədən artıq ölkə prezidenti seçilməsinə qoyulan qadağanı ləğv etmək cəhdi müxalifəti hərəkətə gətirib. Müsavat, AXCP və digər bir neçə müxalifət təşkilatı Konstitusiya Məhkəməsinin binası qarşısında piket keçirmək barədə qərar qəbul edib».
«Bizim Yol»: Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, «bazarlarda öldürücü qidalar satılır». Ekspertin fikrincə, ölkədə satılan spirtli içkilər və uşaq qidalarındakı problemlər daha ciddi təhlükə mənbəyidir.

«Yeni Azərbaycan»: «İnsan hüquq və azadlıqlarının qorunması dövlətimizin ali məqsədlərindən biridir»-, bunu Milli Məclisin deputatı Yevda Abramov deyib. O, əlavə edib ki, «Ölkəmizin konstitusiyasına dəyişikliklərin edilməsi sosial sifarişdir. Parlament cəmiyyətin arzu və istəyinin ifadəsi olaraq bu məsələni müzakirəyə çıxardı».
«Azərbaycan»: YAP İdarə Heyətinin üzvü Nizami Xudiyev yazır ki, «2008-ci ilin prezident seçkiləri ilə bağlı ATƏT-in yekun hesabatı ölkəmizin bu sahədə əldə etdiyi zəngin təcrübəni əks etdirir». «2008-ci il prezident seçkilərinin nəticələri həm də cənab İlham Əliyevin xalqın etibarının və inamının, həm də xalqın öz lideri haqqında təsəvvürlərinin tamamilə doğru olması demək idi».

Günün bütün mövzuları

XS
SM
MD
LG