Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 06:50

«Hökuməti dəvət edirik ki, açıq debatlar üçün şərait yaratsın»


«Azərbaycan hökumətini dəvət edirik ki, demokratik islahatların sürətini artırsın»
«Azərbaycan hökumətini dəvət edirik ki, demokratik islahatların sürətini artırsın»
«Biz bu müzakirələri müşahidə edirik və Azərbaycan hökumətini dəvət edirik ki, bu təkliflə bağlı müxtəlifyönümlü və açıq debatlar üçün münbit şəraiti təmin etsin. Bununla da istənilən fikir sahibi öz düşüncələrini bildirməyə imkan qazansın. Demokratiya üçün vacib olan yalnız konstitusional prosedurları idarə edən qanunlar deyil, daha vacibi sağlam demokratik mühitin yaradılmasıdır ki, bu da vətəndaşları öz hüquqlarından məhdudiyyətsiz istifadə etməyə sövq etsin»-, ABŞ Səfirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Terri Devidson Azərbaycan Konstitusiyasına dəyişiklik edilməsi məsələsinə münasibət bildirib.
Diplomat fikrini davam etdirərək deyib: «Biz siyasi rəqabəti və hakimiyyətin dinc yolla, konstitusiyaya uyğun dəyişilməsini demokratiyanın təməl prinsipi və demokratik proseslərin, təsisatların güclənməsi kimi dəyərləndiririk. Nəticə etibarı ilə biz Azərbaycan hökumətini dəvət edirik ki, ölkənin uzun müddətli sabitliyi və firavanlığı üçün vacib olan sərbəst toplaşmaq, təşkilatlanmaq və söz azadlığı kimi dəyərlərə tam cavab verən demokratik islahatların sürətini artırsın. Amerika Birləşmiş Ştatları bu yöndə islahatların keçirilməsində Azərbaycanın gördüyü işi dəstəkləməyə hazır olduğunu bildirir»-, Terri Devidson bildirib.

Azərbaycan parlamenti Konstitusiyaya əlavələr layihəsinə rəy almaq üçün Konstitusiya Məhkəməsinə göndərib. Məhkəmə dekabrın 24-də məsələyə rəyini açıqlayacaq. Dekabrın 26-da isə referendum aktı parlamentdə müzakirəyə çıxarılacaq. Bir nəfərin iki dəfədən artıq prezident seçilməsinə konstitusiya qadağasının ləğv edilməsinin də yer aldığı təşəbbüsü hakim Yeni Azərbaycan Partiyası irəli sürüb.

Avropa Şurası və ATƏT-dən isə hələlik bu layihəyə hər hansı reaksiya yoxdu. ATƏT-in Bakı ofisindən «Azadlıq» radiosuna verilən məlumata görə, hələlik qurumdan hər hansı reaksiya gözlənilmir. Avropa Şurasından da eyni cavabı veriblər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG