Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:05

Polisə anonim zənglər avtomat telefondan edilibmiş


Bakı Metropoliteninin «Qara Qarayev» və «Nəriman Nərimanov» stansiyalarına bomba qoyulması barədə polisə daxil olan anonim zənglərlə bağlı cinayət işi başlanılıb. Hər iki fakt üzrə Nizami və Nərimanov Rayon Polis idarələri tərəfindən Cinayət Məcəlləsinin 216-cı (terror aktı barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə istintaq aparılır. Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, hər iki hadisə ilə bağlı aparılan əməliyyat tədbirləri nəticəsində məlumatın yalan olduğu təsdiqlənib. Araşdırmalar nəticəsində, həmçinin, məlum olub ki, anonim zəng avtomat telefondan edilib. Məhz bu fakt zənglərin kim tərəfindən edildiyini müəyyənləşdirməkdə çətinlik yaradır. Buna baxmayaraq, polisə yalan informasiya verən şəxsin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Dekabrın 18-də Daxili İşlər Nazirliyinin «102» xidmətinə anonim zəng edilərək, Bakı Metropoliteninin «Nəriman Nərimanov», dekabrın 21-də isə «Qara Qarayev» stansiyalarına bomba qoyulması barədə məlumat verilib. Məlumat əsasında hüquq-mühafizə orqanlarının xüsusi əməliyyat qrupu və Fövqəladə Hallar Nazirliyinin ekspertləri hadisə yerində əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Araşdırmalar nəticəsində məlumatın yalan olduğu üzə çıxıb. APA
XS
SM
MD
LG