Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:38

«Azərbaycan İnvestisiya Şirkəti» yaradıldı


Prezident İlham Əliyev martın 30-da «İnvestisiya fəaliyyətinin təşviqi üzrə əlavə tədbirlər haqqında» sərəncam imzalayıb. Sənədə əsasən «Azərbaycan İnvestisiya Şirkəti» Açıq Səhmdar Cəmiyyəti yaradılır. Şirkətin ilkin nizamnamə kapitalı Dövlət Neft Fondunun vəsaiti hesabına formalaşır.

Qurumun dövlətə məxsus səhmlərinin saxlanılmasını və idarə olunmasını İqtisadi İnkişaf Nazirliyi həyata keçirir, həmin səhmlər üzrə dividendlər isə Dövlət Neft Fonduna köçürülür.


Şirkətin fəaliyyətinə cari rəhbərliyi (menecmenti) onun Müşahidə Şurası tərəfindən təyin edilən İcraçı direktor həyata keçirir.


XS
SM
MD
LG