Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:03

«Quş qripi» ilə bağlı daha bir xəstənin müalicə olunduğu bildirilir


Səhiyyə naziri Oqtay Şirəliyev virusun genişlənməsi təhlükəsinin yox dərəcəsində olduğunu deyir
Azərbaycanda «quş qripi» virusuna yoluxmaqda şübhəli bilinən daha bir xəstə 2 Saylı Uşaq Klinik Xəstəxanasında müalicə olunur. Onun qan nümunələri London laboratoriyasına göndəriləcək. Bunu Səhiyyə nazirinin müavini Abbas Vəlibəyov deyir. Cənab Vəlibəyov 16 yaşında olan bu qızın adını açıqlamasa da, onun Salyan rayonunda yaşayan Əsgərovlar ailəsindən olduğunu bildirir.

Səhiyyə Nazirliyinin bundan əvvəl yaydığı məlumatlara görə, bu il Azərbaycanda beş nəfər «quş qripi»ndən dünyasını dəyişib, virusa yoluxan iki nəfərdən biri müalicə olunaraq sağalıb, digəri - 15 yaşlı Ülkər Əsgərova isə hazırda 2 Saylı Uşaq Klinik Xəstəxanasında müalicə alır.


Abbas Vəlibəyov «quş qripi» təhlükəsinin hələ tam sovuşmadığını bildirir.


Səhiyyə naziri Oqtay Şirəliyevin bildirdiyinə görə, Azərbaycanda «quş qripi» ilə bağlı vəziyyət nəzarətdə saxlanılmalıdır, ancaq köçəri quşların ölkəni tərk etməsi ilə virusun genişlənməsi təhlükəsi demək olar ki, yox dərəcəsindədir.


Günün bütün mövzuları

XS
SM
MD
LG