Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:44

Anonim zəngdən sonra metro stansiyası bağlandı


Dekabrın 21-də, günorta saatlarında Daxili İşlər Nazirliyinə metronun Qara Qarayev stansiyasına bomba qoyulduğu barədə anonim zəng daxil olub.

Stansiyada qatarların hərəkəti dayandırılıb, sərnişinlər isə evakuasiya olunub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Tural Museyibovun ANS-ə verdiyi məlumata görə, hadisə yerinə dərhal FHN-nin və hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Tural Museyibovun bildirdiyinə görə, aparılan araşdırma zamanı məlum olub ki, adı gedən metro stansiyasında heç bir bomba yoxdur, məlumat yanlışdır. Sonradan stansiyanın işi bərpa olunub.

Ötən həftə buna bənzər hadisə metronun Nərimanov stansiyasında baş vermiş, stansiyada bomba olması barədə məlumatlar yayılmışdı.

XS
SM
MD
LG