Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:14

Yarmarkada böyük yanğın


Sədərək Ticarət Mərkəzində yanğın başlayıb

Sədərək Ticarət Mərkəzində yanğın başlayıb

Dekabrın 21-də səhər saatlarında Sədərək Ticarət Mərkəzində yanğın başlayıb. Satıcıların dediyinə görə, 250-dən çox mağaza yanıb və onlara küllü miqdarda ziyan dəyib. Yanğın əvvəlcə ticarət mərkəzinin şirniyyat bölməsindən başlayıb.
Satıcılar öz mallarını yanğın olan ərazidən çıxartmağa çalışsalar da, buna imkan verilməyib. Bu səbəbdən satıcılarla polislər arasında bir neçə insident baş verib.

Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyevin verdiyi məlumata görə, 1400 kvadrat metrə yaxın ərazi yanıb. Həmin ərazidə olan mağazalara xeyli ziyan dəyib. Mağazaların əksəriyyətində kordon və parça məmulatları satılırmış.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən maşınları və ilk dəfə olaraq vertolyotları cəlb olunub.
Nazirliyin xəsarət alan 4 əməkdaşı xəstəxanaya yerləşdirilib.

Hadisənin səbəbləri barədə hələ ki açıqlama verilmir. Hadisənin səbəblərini araşdırıldığı bildirilir.

Amma satıcılar belə versiya irəli sürürlər ki, həmin ərazidən onları köçürmək istəyirdilər. Ona görə də qəsdən yanğın törədiblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG