Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:53

ABŞ Azərbaycana ticarət imtiyazları tətbiq edəcək


«AzərTAc» Ağ evin rəsmi saytına istinadla xəbər verir ki, ABŞ Azərbaycana və Kosovoya Baş Preferensiyalar Sistemi (BPS) çərçivəsində ticarət güzəştləri edəcək.

ABŞ prezidenti Corc Buş dekabrın 19-da bu məqsədlə Konqresə rəsmi məktub göndərib. Sənəddə deyilir ki, Azərbaycan və Kosovo BPS-də «İnkişafda olan ölkələr» kateqoriyasına aid edilməlidir.

Məktubda C. Buş bildirib ki, o, Azərbaycan ilə iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsini qərara alıb.

ABŞ-ın hökumət proqramı olan BPS 132 ölkədən 5 min adda məhsulun Birləşmiş Ştatlara rüsumsuz gətirilməsini təmin edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG