Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:30

«Müxalifətçi deputat vitse-spiker olacaq»


Milli Məclis
Milli Məclis
«Yeni Müsavat» qəzeti:

Hazırda hakimiyyət sahibləri üçün ən prinsipial məsələ konstitusiyada bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə qoyulan qadağanı aradan qaldırmaqdır. Hakimiyyət hələ xeyli əvvəldən başlatdığı bu prosesi mümkün qədər ağrısız başa çatdırmaq istəyir. Elə bir kurs düşünülüb ki, konstitusiya dəyişikliyinə həm daxildən, həm də xaricdən ciddi təpkilər olmasın. Buna görə də, iqtidar istəyir ki, konstitusiya dəyişikliyinə paralel olaraq elə addımlar atsın ki, cəmiyyətin və beynəlxalq birliyin diqqəti daha çox həmin məsələyə yönəlsin. Və artıq vəziyyətdən ən optimal çıxış yolu tapılıb. Bu, müxalifətdən kiməsə, yaxud kimlərəsə o qədər də strateji əhəmiyyət kəsb etməyən postların verilməsidir...

Müxalifət təmsilçilərinə təklif olunacaq postlardan biri də parlamentin vitse-spikeri vəzifəsidir. Məlumatı verən mötəbər mənbə iddia edir ki, yaxın zamanlarda vitse-spikerlərdən biri yüksək dövlət postuna - böyük ehtimalla nazir vəzifəsinə - aparılacaq, boşalan yerə isə parlamentdəki müxaliflərdən biri gətiriləcək...



«Bizim yol» qəzeti

Dekabrın 13-də Bakının Nizami rayonu Naxçıvanski küçəsindəki 34 nömrəli binada baş verən partlayış nəticəsində 3 nəfər - Samir Zülfüqarov, Samir Qəhrəmanov, Elman Niftəliyev şübhəli şəxs qismində saxlanılıb. İlk iki nəfərdən işgəncələr altında ifadələr aldıqdan sonra onları sərbəst buraxsalar da, Elman həbs olunub...

Elmanın ailəsinə baş çəkib durumları ilə maraqlandıq...

Elmanın bacısı Yasəmən xanım da göz yaşları içərisində idi: «Nəyə görə mənim qardaşım kimlərinsə üstündə həbsdə yatmalıdır? Hamı günahını qardaşımın üstünə atıb azadlığa çıxıb. Polislər işgəncəyə dair belə izahat yazıblar ki, guya hadisə günü döyülənlərin ayaqlarına panel düşüb. İfadələri də uşaqlar yazmayıb, hazır veriblər, onlar da imzalayıb. Heç həkim də, işgəncədən ayağının zədələnməsilə bağlı arayış vermir. Halbuki hadisə vaxtı onlar təmir elədikləri evdə olmayıblar...».

Niftəliyevlər dedilər ki, partlayış ölən yaşlı qadının evində baş verib və bunu telekanallar da göstəriblər. Həmin mənzil isə təmir gedən evin üstündəki ev olub:

«Amma bu faktı araşdırmırlar. Üstündən sakitcə ötürlər. Hüquq-mühafizə orqanları bildirirlər ki, hadisəyə görə kimsə tutulmalıdır. Hədəf Elmanı göstərib, işi bağlamaq istəyirlər. Halbuki, əgər binaya neçə gündür ki, qaz yığılmışdısa, kimsə boğulub ölə bilərdi. Binanı o dərəcədə partladan qazın iyi hiss olunardı. Amma 20 gündə heç bir iy hiss olunmayıb. Hadisə səhər baş verib. Əgər təmir gedən mənzildə olubsa, o zaman səhər deyil axşam partlayış olardı. Necə olub ki, axşamdan yığılan qaz heç kimi boğub öldürməyib. Ona görə də, müəmmalar artır».

Müəmmalara gəlincə, burada terror faktı da istisna olunmur. Yasəmən xanım deyir ki, həmin binada bir müddət, sələfi təriqətindən olan (vəhhabilər) yaşayıblar. Hadisə baş verən gündən sonra dindarlar yoxa çıxıb. Halbuki həmin gecəyə qədər orada olublar. Heç kəs onların xəbərsiz-ətərsiz hara getdiyini bilmir. İndi vəkil də həmin şəxslərlə bağlı faktı araşdıracaq. Digər bir versiyada isə, həmin blokda bir ər-arvadın dalaşdıqlarını və hadisəni qadının törətdiyi bildirilir...


«Yeni Azərbaycan» qəzeti:

«Böyük planlarımız var, böyük perspektivlərimiz, gələcəyimiz var. Bunu həyata keçirmək üçün, qarşımızda duran planları reallaşdırmaq üçün Azərbaycanda Heydər Əliyevin siyasəti davam etməlidir. Azərbaycan xalqı öz seçimini edibdir. 1993-cü ildə bu siyasətə öz səsini veribdir. Bu siyasətə alternativ yoxdur və ola da bilməz. Hər bir alternativ siyasət Azərbaycana böyük faciələr gətirə bilər...».

Bu sözlər, fikirlər «İlham Əliyev: İnkişaf – məqsədimizdir» çoxcildliyinin «Azərnəşr» tərəfindən yenicə çapdan buraxılmış birinci kitabından, 2003-cü il oktyabrın 11-də Siyəzəndə zavodun istifadəyə verilməsi mərasimində çıxışdan götürülüb...

Yeni nəşrin buraxılışına məsul Prezidentin İcra Aparatının rəhbəri, akademik Ramiz Mehdiyevdir.

Heydər Əliyevin 2003-cü il oktyabrın 1-də uzaq Klivlenddən «Azərbaycan xalqına müraciət»i ilə açılan cilddə İlham Əliyevin Azərbaycanın Baş naziri olduğu dövrdəki (2003-cü il avqust-oktyabr) çıxışları, nitqləri, müsahibələri, görüşləri, bəyanatları toplanıb…

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG