Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:24

«2010-da namizədliyimi irəli sürməyəcəm»


İsa Qəmbər
İsa Qəmbər
Dinlə

2008-ci il itirilmiş ildir, 2009-cu il isə imkanlar ilidir». Bunu Müsavat Partiyasının başqanı İsa Qəmbər «Azadlıq» radiosunun «İşdən sonra» proqramında deyib. O, ilin yekunlarına həsr olunan verilişdə bildirib ki, ölkənin inkişafı və dünyada ləyaqətli yerini tutması, xalqın firavan həyatını təmin etmək üçün olan potensialdan istifadə edilmir:

«Ona görə də, bu il itirilmiş il kimi qiymətləndirilə bilər».

İsa Qəmbər düşünür ki, Azərbaycana 2008-ci ildə iki hadisə dəhşətli dərəcədə təsir edib və edir: Rusiyanın Gürcüstana hərbi müdaxiləsi və dünya maliyyə böhranı. Müsbət və önəmli hadisə isə, başqanın fikrincə, Qənimət Zahid və Mirzə Sakitin atalarının yas mərasiminə buraxılmasıdır:

«2009-cu il isə imkanlar ilidir. Hərəkət etməsək, mübarizə aparmasaq, şəxs olaraq da, toplum olaraq da, təbii ki, bu gözləntilər elə gözləntilər olaraq da qalacaq. Gələn il ərzində əlimizdən gələni etməliyik. İnsanları inandırmağa çalışmalıyıq. İnam olan yerdə işin yarıdan çoxunu həyata keçirmək olar».

YAP-ın Konstitusiya islahatları təşəbbüsləri haqda öz fikrini bildirən İsa Qəmbər hesab edir ki, bu, çox ciddi təhlükədir:

«Mövqeyimiz prinsipialdır. Özünə hörmət edən, özünü demokrat sayan hər bir Azərbaycan vətəndaşı buna münasibət bildirməlidir. Bu təhlükəyə qarşı birgə mübarizə aparmaq lazımdır. Beynəlxalq təşkilatlar isə, öz fundamental dəyərlərinə uyğun Azərbaycanın götürdükləri öhdəliklərə əsasən bu məsələyə münasibət bildirməlidirlər».

«Ömürlük prezidentlik ideyasına qarşı çıxan Müsavat Partiyasının özündə niyə rəhbər dəyişmir» sualına İsa Qəmbərin cavabı belə oldu:

«Biz öz partiyamızdan başlayaraq demokratik dəyərlərə riayət etməyə başlamışıq. Bunu digər partiyalarda müşahidə etmirik. 2001-ci ildə partiyamızın qurultayında nizamnaməmizə mənim təkidimlə başqanlıq müddətinə məhdudiyyətlər haqda bəndlər salınıb. Orada başqan məhz iki dəfədən artıq ardıcıl seçilmək hüququna malik deyil. Qurultayımız 2010-cu ildə olmalıdır, namizədliyimi həmin toplantıda başqanlıq üçün irəli sürməyəcəyəm və sıravi müsavatçı kimi fəaliyyətimi davam etdirəcəyəm».
XS
SM
MD
LG