Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:03
ARTIQ YENİ FƏSİLDİR, QARŞIDAN DA YAY GƏLİR. ƏSİL ƏYİN-BAŞA, DƏBƏ BAXILAN VAXTDIR

Əvvəlcə Sizə rənglərdən xəbər verim. Modelyer İradə İbrahimova deyir ki, bu yaz və yay aylarında ən çox bənövşəyi rəngdə olan geyimlər dəbdə olacaq. Əlvan rənglər – sarı, çəhrayı, açıq yaşıl və mavi də dəbdən düşməyən rənglərdir. Geyim üslubuna gəlincə isə, İradə İbrahimova etnik üslubun üstünlük təşkil edəcəyini deyir.


İradə İbrahimovanın sözlərinə görə, əgər ötən yaz və yay aylarında qızlar arasında yubka geyinmək daha çox dəbdə idisə, indi şalvarlar yenidən hökmranlığı ələ alacaq. Amma bu dəfə qızların şalvarı, oğlanların geydiyi şalvarlardan kəskin fərqlənəcək.


Geyim mağazalarında isə artıq indidən al-əlvan rəngli geyimlərə rast gəlmək olur. Mağaza satıcılarından öyrəndim ki, aprel ayından başlayaraq daha fərqli üslublu, qarışıq rəngli geyimlər satışa çıxarılacaq. Satışda olacaq yeni çantalar isə daha çox aksesuarlarla – rəngbərəng muncuqlar, zəncirbəndlər, ciblərlə zəngin olacaq.


XƏZƏR UNİVERSİTETİ 15 YAŞINI QEYD ETDİ


Martın 25-də bu özəl universitet həm 15 yaşını qeyd etdi, həm də növbəti məzunlarını yola saldı. 20-ci buraxılışın məzunları sevinclərini bizimlə də bölüşdülər, bitirdikləri universitetdən ağız dolusu danışdılar.


Xəzər Universitetinin ad gününü təbrik edənlər, məzunları isə yola salanlar elə universitetin öz tələbələri idi. Kimisi oxuyur, kimisi oynayırdı. Hətta tamaşa göstərən də vardı – "Arşın mal alan" tamaşasını. Özü də ingilis dilində. Onu da deyim ki, bu tamaşanı ingilis dilində ilk dəfə nümayiş etdirənlər də elə Xəzər Universitetinin tələbələri olub.


HAMI KİMİ, BƏLKƏ ELƏ HAMIDAN ÇOX GƏNCLƏR ÖZ HÜQUQLARINI BİLMƏLİDİRLƏR


Odur ki, bizə hüquqlarımızı öyrədən pulsuz kursları əldən vermək olmaz.


Bu dəfə pulsuz kurs təşkil edən "Gənc İnsan Hüquq Müdafiəçiləri" İctimai Birliyidir. Mövzu isə gənclərin informasiya əldə etmək hüququdur.


Birliyin sədri Fatma Abdullayeva deyir ki, sözü gedən kurs aprelin 15-dən mayın 6-dək hər həftənin şənbə günü Bakıda keçiriləcək. Təlimçilər yerli ekspertlər olacaqlar. İştirakçılara gəlincə isə, kursda gənc hüquqşünaslar, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələrində çalışan gənclər və tələbələr iştirak edə bilərlər. İştirakçılar müsabiqə yolu ilə seçiləcək. Yəni təqdim olunacaq ərizələrə ekspertlər baxacaqlar və onlar arasında ən çox 50 nəfər iştirakçı seçəcəklər. Kursu uğurla bitirənlərə sertifikatlar da veriləcək.


Kursda iştirak etmək istəyənlər öz tərcümeyi-hallarını və qısa əsaslandırma formalarını aprelin 10-dək birliyə təqdim etməlidirlər.


HƏ, SIRA GƏLİB ÇATDI A.Z.ONE ROK QRUPUNA


Bu qrup cəmi üç aydır ki, fəaliyyət göstərir. 4 qız, 2 oğlandırlar – Fəridə, Dilarə, Lalə, Tinatin, Manuxin və İsmayıl. Məqsədləri isə roku Azərbaycanda da sevdirməkdir. Mənim həmsöhbətlərim qrupun 3 üzvü – Fəridə, Dilarə, Tinatin və bir də qrupun baş prodüseri Nigardır.


ƏTRAFLI AUDİO HİSSƏDƏ


XS
SM
MD
LG