Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:37

Çavuş özünü asıb


Dekabrın 18-i axşam Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin çavuşu, 1978-ci il təvəllüdlü Maqsud Məmmədov özünü ağacdan asaraq intihar edib. Gəncə şəhər prokurorunun köməkçisi İbrahim Həsənovun «Turan»a verdiyi məlumata görə, hadisə çavuşun yaşadığı Gəncə şəhəri Sevinc qəsəbəsindəki evin həyətində olub. M.Məmmədovun intihar etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
XS
SM
MD
LG