Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:51

«Soyuqdan əriyən məktəblərimiz»


«Qışın soyuğu-sazağı birinci uşaq bağçalarına, sonra isə orta məktəblərə öz təsirini göstərib»
«Qışın soyuğu-sazağı birinci uşaq bağçalarına, sonra isə orta məktəblərə öz təsirini göstərib»
«Azadlıq» qəzeti yazır ki, hər ilin qış aylarında baş verən tragikomik olaylar yenə də yaşanmaqdadır. Qışın soyuğu-sazağı birinci uşaq bağçalarına, sonra isə orta məktəblərə öz təsirini göstərib. Qəzetin apardığı araşdırma nəticəsində məlum olub ki, orta məktəblər hələ də isidilməyib. «Bu dəhşətli faktı paytaxtımızın orta məktəblərində təhsil alan şagirdlər söyləyir. Azyaşlı şagirdlərin dilindən bu əhvalatı eşitmək çox ağırdır. Deməli, şagirdlərdən biri qapıda dayanıb gözləyir ki, direktor və ya «zavuç» gəlsə xəbər versin. Müəllim isə uşaqların pulu ilə aldığı elektrik sobasını taxır ki, sinif isinsin». Qəzet yazır ki, məsələ ilə bağlı Təhsil Nazirliyindən heç bir cavab ala bilməyib.
«525» xəbər verir ki, tarixçi alim Yaqub Mahmudov etiraz əlaməti olaraq Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının iclasını tərk edib. Alim iddia edir ki, Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyasında bir sıra tarixi məqamlar yer almayıb. Y.Mahmudov deyib ki, dövlət ona Tarix İnstitutunun rəhbərliyini etibar edib. Belə bir sənədin hazırlanmasında iştirakçı olmamasını isə özünə təhqir sayır.

«Üç nöqtə»: Paytaxtın memarlıq üslubuna uyğun olan «Abşeron» mehmanxanası da sökülür. 1985-ci ildə istismara verilən və 343 nömrədə xidmət göstərilən «Abşeron» mehmanxanası bu ilin yayınadək ən çox reklam olunan yer idi. Məsələyə münasibət bildirən əməkdar memar Emil Axundov baş verənləri başa düşə bilmədiyini qeyd etdi: «Bu gün Bakıda tikinti şirkətlərinin nə etmək istədiklərini başa düşmək çətindir. Əgər açıqlama versələr ki, həmin ərazidəki 16 mərtəbəli binaların yerində qızıldan bina tikiləcək, yenə də o memarlıq abidələrinin sökülməsi üçün əsas ola bilməzdi. Guya Bakını Nyu-Yorka döndərmək istəyirlər. Sovet dövründə bizim dahi memarların inşa etdikləri binaların bu qədər sürətlə dağıdılması qəddarlıqdır».

«Yeni Azərbaycan» yazır ki, «Azərbaycandakı inkişaf tempi uzunmüddətli və davamlıdır». Qəzetin iddiasına görə Beynəlxalq Valyuta Fondu (BVF) bəyan edib ki, «dayanaqlı inkişaf Azərbaycanın dünya maliyyə böhranına tab gətirməsinə səbəb olub». «Ümumiyyətlə, BVF əmindir ki, Azərbaycan hökumətinin siyasi və iqtisadi islahatlar aparmaq qətiyyəti dinamik inkişafa stimul verəcək. İnflyasiya ilə mübarizə tədbirlərinə toxunan BVF rəsmisi son iki ayda inflyasiyanın səviyyəsinin aşağı düşməsini də müsbət qarşılayıb».

«Azərbaycan» qəzetində dərc olunan məqalədə göstərilir ki, «2009-cu ilin dövlət büdcəsi ölkə vətəndaşlarının maraqlarına xidmət edir». «Bir sözlə, ölkənin iqtisadi, hərbi və sosial həyatı gələn il də uğurla inkişaf edəcək»-, deyə məqalə müəllifi yazır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG