Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 15:45

Əli Həsənov ATƏT-in seçkilərlə bağlı hesabatını normal hesab edir


«ATƏT-in prezident seçkisiylə bağlı son hesabatını normal qiymətləndiririk».

Bu sözləri Prezidentin İcra Aparatının İctimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənov deyir. Onun sözlərinə görə, onlar hesabatdakı seçki proseslərinin idarə olunmasının ATƏT-in arzu və istəklərinə uyğun olmadığı rəyini bölüşürlər:
«Bunu biz də bilirik. Bu seçki komissiyasının formalaşdırılması məsələsiydi. Parlamentdə təmsil olunan siyasi partiyalar ümumi razılığa gələ bilmədilər».
Əli Həsənov deyir ki, gələcək seçkilərin təkmilləşməsində ATƏT-in və digər beynəlxalq təşkilatların rəylərindən istifadə olunacaq.
ATƏT prezident seçkisinə dair yekun hesabatında Azərbaycan hakimiyyətinə 27 tövsiyə edib və bildirib ki, bundan əvvəlik yekun hesabatlarda irəli sürülən tövsiyələrin heç də hamısı yerinə yetirilməyib. Tövsiyə olunur ki, hakimiyyət bütün siyasi qüvvələrlə dialoqa getsin, seçki komissiyaları elə formalaşdırılsın ki, onlara ümumi inam artsın.
XS
SM
MD
LG