Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:21

Buşa ayaqqabı atan jurnalistin həbsdən buraxılması istənilir


«Sərhədsiz Reportyorlar» təşkilatı Buşa ayaqqabı atan jurnalistin buraxılmasını istəyir. Keçən bazar ABŞ prezidenti Corc Buş Bağdadda mətbuat konfransı keçirərkən İraq televiziyalarının jurnalistlərindən biri Muntadar əl-Zaidi ayaqqabılarını çıxarıb, ona atıb, bununla Buşa nifrətini bildirib.
Jurnalist hazırda həbsdədir.
«Sərhədsiz Reportyorlar» jurnalistin siyasətçiyə qarşı hərəkətinin düzgün olmadığını etiraf edir. Amma bildirir ki, məsələyə humanizm prinsipləriylə yanaşmaq lazımdır, jurnalistin əfvi həm də gərginliyi azaldar.
Bəzi ərəb ölkələrində Buşa ayaqqabı atan jurnalisti qəhrəman elan ediblər, onun azad olunması tələbiylə aksiyalar keçirilir.
XS
SM
MD
LG