Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:54

«Azəriqaz»: «Borclar ödənilməyənə qədər qaz verilməyəcək»


«Azəriqaz»dan deyirlər ki, bu ilin noyabrında borcların yığım səviyyəsi 50%-ə düşüb

«Azəriqaz»dan deyirlər ki, bu ilin noyabrında borcların yığım səviyyəsi 50%-ə düşüb

«Borclar ödənilməyənə qədər əhaliyə normal qaz verilməyəcək». «Azəriqaz» Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Xidmətinin rəhbəri Kamandar Eyvazlı «Azadlıq» radiosuna belə deyir.
Azərbaycanın əksər rayonlarında qaz ya kəsilib, ya da məhdudiyyətlə verilir. K.Eyvazlı bildirir ki, abunəçilər borclarını ödəmədiyindən qazı kəsməli olublar:
«Vaxtında xəbərdarlıq etdik, əhəmiyyət vermədilər. Bunu qışda etdik ki, indi qaza ehtiyac daha çoxdur, bəlkə camaat başa düşə ki, qaza görə borcu ödəməlidir».
Kamandar Eyvazlının dediyinə görə, borcunu vaxtında ödəyənlərin qaz problemi olmayacaq, kiminsə problemi varsa müvəqqətidir.
«Azəriqaz»dan deyirlər ki, bu ilin noyabrında borcların yığım səviyyəsi 50%-ə düşüb. Ona görə qazı kəsməli olublar. Nəticədə rayonlarda başqa yanacaq vasitələrinin qiyməti qalxıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG