Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:25

Daha 3 komanda UEFA kubokunda mübarizəni davam etdirəcək


UEFA kubokunun 1/16 final mərhələsinə çıxan daha üç komandanın adı məlum olub. Bunlar «Kopenhagen» (Danimarka), «Deportivo» (İspaniya) və «Lex» (Polşa) klublarıdır. Hər üç klub dekabrın 17-i axşam qrup mərhələsinin son turunda keçirdikləri oyunda əldə etdikləri nəticələrlə bu uğura müvəffəq olublar. Belə ki, «Kopenhagen» səfərdə «Brügge»ni (Belçika) məğlub edib: 1-0. Eyni hesab «Deportivo» (İspaniya) - «Nansi» (Fransa), «Feyenoord» (Hollandiya) - «Lex» (Polşa) qarşılaşmalarında qeydə alınıb.
Bundan əvvəl 16 klub UEFA kubokunda 1/16 final mərhələsinə vəsiqəni əldə etmişdi. Çempionlar Liqasında mübarizəni dayandıran daha səkkiz klub da UEFA kubokunda mübarizəni davam etdirir.
UEFA kubokunun qrup mərhələsinə dekabrın 18-i axşam daha səkkiz qarşılaşma ilə yekun vurulacaq.
XS
SM
MD
LG