Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:25

Partlayan binada xəsarət alanlardan biri də vəfat etdi


Sözügedən ünvanda partlayış dekabrın 13-də baş verib

Sözügedən ünvanda partlayış dekabrın 13-də baş verib

Dekabrın 17-də səhər saat 5-də 5 saylı Xəstəxananın Yanıq Mərkəzində 68 yaşlı Növrəstə Qurbanova vəfat edib. Nizami rayonu, Naxçıvanski küçəsi-34 ünvanında binanın partlaması nəticəsində aldığı çoxsaylı yanıq və zədələr onun ölümünə səbəb olub.
Partlayış dekabrın 13-də baş verib. İlkin səbəb kimi 27 saylı mənzildə qaz sızması göstərilir. Binanın iki bloku dağılıb, 2 nəfər yerindəcə ölüb, 6 nəfər isə ağır yaralanıb.

Faktla bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 222.2-ci (tikinti, mədən və s. işləri aparılarkən təhlükəsizlik qaydalarının pozulması, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə ya digər ağır nəticələrə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb.
/Turan/

Günün bütün mövzuları

XS
SM
MD
LG