Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:40

«Hökumət çox ehtiyatlı davranıb»


Valeriya Fikera
Valeriya Fikera
«Hökumət 2009-cu ilin dövlət büdcəsini tərtib edərkən çox ehtiyatlı davranıb. Biz bu büdcəni sabit qiymətləndiririk və hesab edirik ki, Azərbaycan 2009-cu ili arxayınçılıqla başa vuracaq».

Azərbaycanda yeddi günlük səfərdə olan Beynəlxalq Valyuta Fondunun nümayəndə heyətinin rəhbəri Valeriya Fikera bu fikirdədir. Xanım Fikera deyir ki, gəldikləri nəticəyə görə, Azərbaycan 2008-ci il dövlət büdcəsini qənaətbəxş həyata keçirib. Fondun nümayəndəsi həm də büdcədə neftin bir barelinin qiymətinin 70 dollardan hesablanmasının problem yaratmayacağı qənaətindədir.

«Büdcə hazırlananda qiymətlər yüksək olub, ona görə də məbləğ nəzərdə tutulub. Çoxları düşünür ki, bu, büdcədə defisit yarada bilər. Amma Dövlət Neft Fondundan büdcəyə transfer olunan pullar kəsiri doldurmağa kifayətdir. Əgər üç il ərzində neftin qiyməti 30-40 dollar təşkil etsə, onda hökumətin bu siyasətinə korrektə etməsinə ehtiyac olacaq».

Valeriya Fikera Dövlət Neft Fondundan büdcəyə vəsait köçürməklə bağlı hökumətin siyasətini də normal qiymətləndirir. Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, ötən il ölkədə iqtisadiyyatın ümumi inkişaf tempi 12 faiz, inflyasiya isə 9 faiz həcmində olacaq.

Xanım Fikeraya görə, qlobal iqtisadi böhran Azərbaycanda inflyasiyanın aşağı düşməsinə də səbəb ola bilər. Fondun proqnozuna görə, qeyri-neft sektorunda artım isə gələn il 6 faiz olacaq. Bu artımın daha çox kənd təsərrüfatı və kənd təsərrüfatı mallarının emalı sahəsində olacağı gözlənilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG