Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:23

Binəqədidə tapılmış cihazda sezium mənbəyinin aşkarlandığı deyilir


Abil Qəribov: «İzotop bir qabın içindəydi. Əgər açılsaydı, böyük təhlükəsi ola bilərdi»
Radiasiya Problemləri İnstitutu bir müddət əvvəl Binəqədi rayonu ərazisində tapılmış güclü şüalanmaya malik cihazı araşdırıb. İnstitutun direktoru Abil Qəribov deyir ki, cihazın sezium mənbəyi olduğu müəyyən olunub: «İzotop zərərsizləşdirilib xüsusi kombinata təhvil verildi. O bir qabın içindəydi. Əgər açılsaydı, böyük təhlükəsi ola bilərdi. Çirklənmə mənbəyi ola, ərazidə yaşayan əhali şüalanmaya məruz qala bilərdi. Çox yaxşı ki açılmayıb və heç bir şey dağılmayıb».

Binəqədi Rayon Polis İdarəsindən verilən məlumata görə, həmin cihaz ərazidəki gölməçələrin qurudulması üçün gətirilən torpağın içində olub. Faktla bağlı cinayət işi qaldırılsa da, hələ heç kim saxlanmayıb.


Bu cihaz Binəqədi rayonu ərazisindən martın 21-də tapılmışdı. Mütəxəssislərin rəyinə görə, həmin cihaz adətən zavodlarda, maye və bərk maddələrin hazırlanmasında istifadə olunur. Texnoloji qurğularda maddələrin səviyyəsini ölçən cihazdır.


XS
SM
MD
LG