Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:04

Naxçıvanda informasiya əldə etmək hüququna müdaxilə


Bərpadan sonra hər binanın damına yalnız bir peyk yayımı istiqamətində mərkəzləşdirilmiş çanaq antena quraşdırılır

Bərpadan sonra hər binanın damına yalnız bir peyk yayımı istiqamətində mərkəzləşdirilmiş çanaq antena quraşdırılır

Naxçıvanda yaşayış binalarından peyk antenalarının yığışdırılması əhalinin informasiya əldə etmək hüququna müdaxilədir. Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun Naxçıvan bölməsi belə bəyanatla çıxış edib.
Bölmənin əməkdaşı Elman Abbasovun sözlərinə görə çanaq antenalar əhalinin şəxsi mənzillərinə aid yerlərdə quraşdırıldığından onların yığışdırılması informasiya almaq hüququnun məhdudlaşdırılması ilə yanaşı insanların şəxsi həyatlarına da müdaxilə kimi qiymətləndirilə bilər.

Əhalisinin əksəriyyətinin istifadə etdiyi çanaq antenalarla Muxtar Respublika sakinləri 3 peyklə yayımlanan Avropa, Türkiyə, eləcə də Rusiyanın televiziya və radio kanallarını izləyirlər.

«İndi artıq bir peyk antenası qoyulduğu üçün əhali yalnız Türkiyə və Azərbaycan kanallarını izləyə bilirlər. Nəzərə alsaq ki, Muxtar Respublikaya qəzet və jurnallar məhdud sayda gətirilir və əhali yalnız televiziya vasitəsilə informasiya alır. Antenaların sökülməsi insanların informasiya almaq hüququnu məhdudlaşdırır»-, Elman Abbasov belə deyir.

Peyk antenalarının yığışdırılmasına hələlik Naxçıvan şəhərinin mərkəzindən başlanıb. Binaların üz örtükləri dəyişdirilib, yeniləndikdən sonra eyvanlardakı antenalar sökülərək hər binanın damına yalnız bir peyk yayımı istiqamətində mərkəzləşdirilmiş çanaq antena quraşdırılır. Bu antenalar yalnız Türksat istiqamətində nizamlanır.

Rəsmilər bu işləri şəhərin gözəlliyinə xidmət kimi qiymətləndirirlər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG