Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:28

BBC və «Amerikanın səsi» radiolarının saytlarına giriş qadağan edilib


Çin hökuməti ölkədən bir çox xarici internet saytlarına, o cümlədən də BBC və «Amerikanın səsi» radiolarının çin dilində saytlarına girişi qadağan edib.
BBC-nin məlumatına görə, «Sərhədsiz Reportyorlar» təşkilatının, Honq Konq və Tayvanın bəzi saytlarına da giriş dayandırılıb.
Dekabrın 16-da Pekində keçirdiyi mətbuat konfransında Çinin Xarici Işlər Nazirliyinin sözçüsü Liu Cuançao bu işin arxasında hökumətin dayanması barədə məlumatları inkar edib. Amma əlavə edib ki, girişinə qadağa qoyulan saytlar Çinin qanunlarını pozurdular.

Günün bütün mövzuları

XS
SM
MD
LG