Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:16

İki gəncin dramı


Talesiz xanım cinayətin əvəzinin pulla ödənilməsindən imtina edir
Talesiz xanım cinayətin əvəzinin pulla ödənilməsindən imtina edir
İranda iki gəncin dramı yaşanır. 27 yaşlı Məcidi sevdiyi Amneh Bahrami rədd edib. Bundan qəzəblənən Məcid sevdiyinin başqasına ərə gedə bilməməsi üçün onun sifətinə sulfat turşusu töküb. Gözləri kor olmuş qız isə indi sevgilisinin də eyni qaydada cəzalandırılmasını, sifətinə turşu tökülməsini tələb edir.

CNN televiziyasının verdiyi məlumata görə, 2004-cü ildə baş vermiş bu hadisəni araşdıran Tehran məhkəməsi bildirir ki, talesiz xanım cinayətin əvəzinin pulla ödənilməsindən imtina edir. O, məhkəməyə bildirib ki, pul almayacaq, çünki bu cür oğlanlara başa salmaq istəyir ki, onu sevməyən qızların üzünə sulfat turşusu tökməyə onların haqqı yoxdur. Macid isə yalnız onu deyib ki, qızı sevirdi, istəyirdi ki, o da onu sevsin.

Macid deyib ki, o, indi də Amnehlə evlənməyə hazırdı. Amma yenə rədd edilir. Amneh bildirib ki, Məcid yalandan özünü sevən adam kimi göstərir. İndi azad etsələr, mütləq Məcid gəlib onu öldürərdi. Onun dediyinə görə, hələ universitetdə oxuyarkən Məcidin anası dəfələrlə onların evlənmələrinə çalışıb. Amma hər dəfə də rədd edib. Axırda da oğlanın əl çəkmədiyini görəndə ona yalandan deyib ki, artıq başqasına ərə gedir, yaxşısı budur, ondan əl çəksin. Polisə də müraciət edəndə deyirmişlər ki, konkret cinayət baş verməyincə, oğlana qarşı hər hansı tədbir görə bilməzlər.

2004-cü il noyabrın 2-də isə işdən evə gələndə Macid qıza yaxınlaşaraq sulfat turşusunu önun üzünə atıb. Yoldan keçənlər turşunu onun sifətindən yumağa çalışıblar. Amma yerləşdirildiyi xəstəxanada da çox çalışsalar da, gözlərinin görmə qabiliyyətini bərpa edə bilməyiblər.

Hətta hadisənin baş verdiyi vaxt ölkə prezidenti olan Məhəmməd Hatəmi bildirib ki, xərclərin bir hissəsini ödəməyə hazırdır, təki əməliyyat edilib qızın görmək qabiliyyəti bərpa olunsun. Amma hətta İspaniyada həkimlər buna söz vermirlər.

O vaxtdan bəri Amnehin şikayəti ilə üç mərhələdə məhkəmə Məcidin də gözünün kor edilməsi barədə qərar verib. Həm də qərara görə, onun üzünə sulfat turşusu atılmalı, gözləri kor edilməli, sifəti eybəcərləşdirilməlidir. Amnehin tələbi isə təkcə Məcidin kor edilməsi barədədir, onun sifətinin eybəcərləşdirilməsi haqda yox.

İndi Məcid İran məhkəmələrinin son qərarını gözləyir. İslam qaydaları gözə-göz cəzası nəzərdə tutduğundan onun da gözlərinin kor ediləcəyi gözlənir.
XS
SM
MD
LG