Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:41

Hacı Məmmədov barəsində istintaq gedir


Dekabrın 15-də İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında monitorinq keçirib. Komitə sədrinin «Turan»a verdiyi məlumata görə, orada Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq əməkdaşı, ömürlük məhbus Hacı Məmmədovla görüşüb.
E.Behbudovun sözlərinə görə, Hacı Məmmədov saxlanma şəraitindən və ona qarşı münasibətdən razıdır. Komitə sədri H.Məmmədov barəsində istintaq getdiyini bildirib. Lakin istintaqın hansı işlə bağlı olması haqda hüquq müdafiəçisi heç nə deməyib.
Elçin Behbudov deyib ki, Hacı Məmmədov təcridxanada şəkil çəkməklə məşğuldur.
Bundan əlavə, hüquq müdafiəçisi təcridxanada İsmayıl Feyziyev və Xangəldi Əliyev adlı şəxslərə baş çəkib. E.Behbudov bildirib ki, onların saxlanma şəraitindən heç bir şikayəti olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG