Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:10

Kəmaləddin Heydərov «Azərbaycan bayrağı» ordeni ilə təltif edildi


Fövqəladə Hallar naziri Kəmaləddin Fəttah oğlu Heydərov «Azərbaycan bayrağı» ordeni ilə təltif edilib. Prezident İlham Əliyevin dekabrın 15-də imzaladığı sərəncamda belə deyilir. Sənəddə Heydərovun əhalinin fövqəladə hallardan qorunması sahəsində işin təşkilində xüsusi xidmətlərinə görə təltif edildiyi bildirilir.
Ölkə başçısının digər sərəncamı ilə isə Fövqəladə Hallar Nazirliyinin iki əməkdaşına - Abdullayev Qüdrət Həsən oğlu və Qulamov Cahangir Rza oğluna general-mayor hərbi rütbəsi verilib.
Dekabrın 16-sı Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının peşə bayramıdır.
Azərbaycanda Fövqəladə Hallar Nazirliyi 2006-cı ilin dekabrın 16-da yaranıb.
XS
SM
MD
LG