Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:25

Ali Məclis Naxçıvanının dövlət büdcəsini müzakirə edəcək


Dekabrın 16-da Naxçıvan Muxtar Respublika (MR) Ali Məclisinin üçüncü çağırış altıncı sessiyası öz işinə başlayacaq. Sessiyanın gündəliyinə MR-nın 2009-cu il dövlət büdcəsinin, həmçinin yerli Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin təsdiq edilməsi məsələləri salınıb.
MR-dakı nazirlik, komitə və idarələrin rəhbərlərinin də iştirak edəcəyi sessiyada «Naxçıvan MR Ali Məclisinə seçkilər haqqında» qanuna dəyişikliklər və əlavələrin edilməsi də gözlənilir.

45 deputatın təmsil olunduğu Ali Məclisinin sessiyaları adətən ildə iki dəfə ilin əvvəlində və sonunda keçirilir.

Ali Məclisinə seçkilər 5 ildən bir Azərbaycan parlamentinə keçirilən seçkilər zamanı baş tutur. Naxçıvanda seçkiləri keçirən Mərkəzi Seçki Komissiyası Muxtar Respublikanın özünün qanunvericiliyə uyğun formalaşır.
XS
SM
MD
LG