Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:00

Beşmərtəbəli binada partlayış faktı üzrə istintaq davam edir


Dekabrın 13-də Nizami rayonu, Naxçıvanski-34 ünvanında baş verən partlayışla bağlı hələlik həbs edilən və saxlanılan yoxdur. Bu barədə «Turan»a Bakı Şəhər Prokurorluğundan bildiriblər. Mənbənin məlumatına görə, istintaq getdiyi üçün bu barədə hələlik heç bir rəsmi açıqlama yoxdur.
Qeyri-rəsmi mənbələrə görə isə, partlayışla bağlı üç nəfər şübhəli şəxs qismində saxlanılıb. Saxlanılanlar partlayan binanın dördüncü mərtəbəsində təmir işləri aparan fəhlələrdir.

Dekabrın 13-də Nizami rayonu, Naxçıvanski-34 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasında partlayış baş verib. Hadisə nəticəsində binanın bir bloku dağılıb, 2 nəfər ölüb, 6 nəfərsə yaralanıb. Partlayışa səbəb kimi qaz sızması göstərilir.

Faktla bağlı cinayət işi qaldırılıb.
XS
SM
MD
LG