Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:40

Corc Buşa qarşı ayaqqabı hücumu


Iraqın Baş naziri Nuri əl-Məliki Corc Buşu ayaqqabı uücümündan qorumağa cəhd edir

Iraqın Baş naziri Nuri əl-Məliki Corc Buşu ayaqqabı uücümündan qorumağa cəhd edir

ABŞ prezidenti bazar günü İraqa səfər edib.

Baqdadda keçirilən mətbuat konfransı zamanı jurnaslistlərdən biri gözlənilmədən ayaqqabılarını Corc Buşa tərəf atıb.

C. Buş cəld tərpənib hər iki dəfə ayaqqabılardan yayına bilib.

Ayaqqabı atmaq ərəblərdə təhqir mənası daşıyır. Vaxtilə Baqdadda Səddam Hüseynin heykəlini uçurarkən yüzlərlə adam ona ayaqqabı atırdı.

Birinci ayaqqabını atarkən jurnalist qışqırıb: “Bu sənə iraqlıların əlvida hədiyyəsi, köpəyin biri köpək!”

Ikinci ayaqqabı isə aşağıdakı nidalar ilə atılıb: “Bu da dul arvadlardan, yetim uşaqlardan və İraqda öldürülənlərdən”.

Ayaqqabı atan jurnalist təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Corc Buş hadisəyə zarafatla yanaşıb:
“Belə, onu deyə bilərəm ki, ayaqqabıların ölçüsü nömrə 40 idi”
Bundan sonra mətbuat konfransı öz axarında davam edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG